Icma.az
close
up
RU
Əhaliyə hava ilə bağlı VACİB XƏBƏRDARLIQ Bu səhvləri etməyin

Əhaliyə hava ilə bağlı VACİB XƏBƏRDARLIQ Bu səhvləri etməyin

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlərdə ölkə ərazisində güclü istilər müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 12–15-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35–39 dərəcə, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 35–39, bəzi yerlərdə isə 41 dərəcəyə qədər yüksələcək. Dağlıq rayonlarda isə 27–32 dərəcə isti gözlənilir. Belə hava şəraitində gün vurması və günəş yanığı riskləri artır.

Professor Adil Qeybulla Musavat.com-a açıqlamasında əhaliyə mühüm tövsiyələr verib.

Həkim bildirib ki, qlobal istiləşmə nəticəsində bu gün dünyada iqlim ciddi şəkildə dəyişib. Onun sözlərinə görə, Yer kürəsinin istilik tənzimləmə mexanizmləri pozulub. İstilər həyat üçün birbaşa təhlükə təşkil etmir, lakin qorunmaq və bəzi qaydalara əməl etmək vacibdir.

Adil Qeybulla qeyd edib ki, isti hava şəraitində bədəndə buxarlanma yolu ilə sürətlə su itkisi baş verir və daxili temperatur yüksəlir. Bu iki amil nəticəsində günvurma və istilik vurması baş verir. Burada ultrabənövşəyi şüaların təsiri də rol oynayır.

Həkim əlavə edib ki, insan orqanizminin istiliyə qarşı müəyyən müqavimət imkanları mövcuddur. Orqanizmdə kompensator mexanizmlər var. Dərinin və damarların genişlənməsi, istiliyin tər vasitəsilə bədəndən xaric olunmasına səbəb olur. Ancaq bu proseslər əbədi deyil. İnsan günəş altında 20–30 dəqiqədən artıq qaldıqda bu mexanizmlər pozulur. Nəticədə daxili temperatur yüksəlir. Normalda həyati təhlükəsiz temperatur 37 dərəcəyə qədərdir. Bundan yuxarı qalxarsa, həyat üçün təhlükə yaranır. Uzunmüddətli yüksək temperatur biokimyəvi prosesləri pozur, qan laxtalanması artır, mikrosirkulyasiya pozulur, hipoksiya yaranır, təzyiq düşür və huş itkisinə səbəb olur, – deyə o xəbərdarlıq edib.

Həkim ilk yardım tədbirlərini də açıqlayıb. Əgər insanı soyuq tər basır və huşunu itirirsə, dərhal sərin yerə aparılmalı, alnına və bədəninə yaş dəsmal qoyulmalıdır. Daha sonra isə həkim müayinəsi mütləqdir, – deyə o vurğulayıb.

Professor həmçinin insanların isti havada soyuq su istifadəsinə də diqqət çəkib. O bildirib ki, Soyuducudan buz kimi su içilməsi soyuqdəyməyə səbəb olur, bronxit və faringit yarana bilər. Su mütləq sərin və otaq temperaturunda olmalıdır, – deyə o tövsiyə edib.

Adil Qeybulla isti havada küçəyə çıxarkən suyun mütləq götürülməsini vacib sayır. Xüsusilə uşaqlar üçün bu şərtdir. Çünki uşaqların bədənlərinin su tutumu yetkin insanlara nisbətən azdır və isti altında huşlarını itirə bilərlər. Su adi, qazsız və sərin olmalıdır. Su qəbulu artırılmalıdır ki, metabolik və həyati proseslər normal davam etsin, – deyə həkim qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 İyul 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri