Əhmədlinin sirli binası: 26 ildir heç kim yaşamır

06.10.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Əhmədlinin mərkəzində uzun illərdir tam hazır vəziyyətdə olan, lakin mənzillərində heç kimin yaşamadığı bina diqqət çəkib. Bina təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillər hələ də boşdur.

Milli.Az xəbər verir ki, sözügedən binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Bu isə ətrafda yaşayanlar arasında müxtəlif suallar və ehtimallar yaradıb.

Maraqlıdır ki, binada yaşayış olmasa da, onun aşağı mərtəbələrində müxtəlif obyektlər fəaliyyət göstərir.

Sosial şəbəkələrdə yayılan iddialara görə, mənzillərin satışa çıxarılmamasının səbəbi binanın konstruksiyasında yarana biləcək problemlərlə bağlıdır.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, qeyd olunan ünvandakı çoxmənzilli yaşayış binasına Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən istismara hazırlıq aktı verilib.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью