Əhmədlinin sirli binası: 26 ildir heç kim yaşamır
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Əhmədlinin mərkəzində uzun illərdir tam hazır vəziyyətdə olan, lakin mənzillərində heç kimin yaşamadığı bina diqqət çəkib. Bina təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillər hələ də boşdur.
Milli.Az xəbər verir ki, sözügedən binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Bu isə ətrafda yaşayanlar arasında müxtəlif suallar və ehtimallar yaradıb.
Maraqlıdır ki, binada yaşayış olmasa da, onun aşağı mərtəbələrində müxtəlif obyektlər fəaliyyət göstərir.
Sosial şəbəkələrdə yayılan iddialara görə, mənzillərin satışa çıxarılmamasının səbəbi binanın konstruksiyasında yarana biləcək problemlərlə bağlıdır.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, qeyd olunan ünvandakı çoxmənzilli yaşayış binasına Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən istismara hazırlıq aktı verilib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 06 Oktyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















