Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
...Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Marina Əhmədova dini səbəblərə görə müştəriyə donuz əti aparmaqdan imtina edən kuryerin cəzalandırılması üsulunu təklif edib.
O, Telegram kanalında işçini işdən çıxarmağa, gələcəkdə çatdırılma xidmətində işləməyə qadağa qoymağa və deportasiya etməyə çağırıb.
SİA-nın məlumatına görə, hüquq müdafiəçisi kuryerin hərəkətini dini təcavüzün yolverilməz təzahürü kimi qiymətləndirib.
Onun fikrincə, bu cür vətəndaşlar başqalarını məhdudlaşdırmağa çalışmaqdansa, özlərini məhdudlaşdırmaqla məşğul olmalıdırlar.
Bundan əlavə, Əhmədova Rusiya müftilərini “niyə birində qadağaları pozmaq olar, digərində isə yox” sualına aydınlıq gətirməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya İstintaq Komitəsi Marina Əhmədovaya hədə-qorxu gələnlərə qarşı cinayət işi açmışdı(?).. Nəyə görə?
Deməli, elə də uzaq olmayan...o vaxt Əhmədova Rusiya hakimiyyətini Bakının “Rus Evi”ni bağlamaq niyyətinə “Azərbaycanın Moskvadakı nümayəndəliklərinə qarşı oxşar iddialarla” cavab verməyə çağırmışdı.