Əhmədova donuz əti aparmaqdan imtina edən kuryerə cəza təklif edib, özü də...
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
...Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Marina Əhmədova dini səbəblərə görə müştəriyə donuz əti aparmaqdan imtina edən kuryerin cəzalandırılması üsulunu təklif edib.
O, Telegram kanalında işçini işdən çıxarmağa, gələcəkdə çatdırılma xidmətində işləməyə qadağa qoymağa və deportasiya etməyə çağırıb.
SİA-nın məlumatına görə, hüquq müdafiəçisi kuryerin hərəkətini dini təcavüzün yolverilməz təzahürü kimi qiymətləndirib. Onun fikrincə, bu cür vətəndaşlar başqalarını məhdudlaşdırmağa çalışmaqdansa, özlərini məhdudlaşdırmaqla məşğul olmalıdırlar.
Bundan əlavə, Əhmədova Rusiya müftilərini “niyə birində qadağaları pozmaq olar, digərində isə yox” sualına aydınlıq gətirməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya İstintaq Komitəsi Marina Əhmədovaya hədə-qorxu gələnlərə qarşı cinayət işi açmışdı(?)..
Nəyə görə?
Deməli, elə də uzaq olmayan...o vaxt Əhmədova Rusiya hakimiyyətini Bakının “Rus Evi”ni bağlamaq niyyətinə “Azərbaycanın Moskvadakı nümayəndəliklərinə qarşı oxşar iddialarla” cavab verməyə çağırmışdı.
...Və sonradan Marina guya Telegram-da ona yazılan bir neçə təhdid haqqında məlumatı rusların hüquq-mühafizə orqanlarına vermişdi. Və təbii ki, onun qaldırdığı "hay-həşir"... elə "hay-həşir" olaraq da qaldı.
...Amma demək lazımdır ki, ruslar belə şeydə pərgardırlar?
SİA-nın əlavəsi: Qeyd edilməlidir ki, Tomskda doğulan bu xanım ata tərəfdən Dağıstanlıdır. Uşaq vaxtı Dağıstanda keçirdiyi iki ayı “iki ağrılı ay” kimi indi də xatırlayır(?). Rus mediası onu rusların yazıçı və jurnalisti kimi təqdim edir. Etirazımız yoxdur, amma insanlığına gəlincə...deyim ki, bu artıq başqa bir yazının mövzusudur...
Əli Babayev
Baxış sayı:94
Bu xəbər 14 May 2025 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















