Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Media bu gün dövlətçilik və azərbaycançılıq ideyalarının ən güclü təbliğatçılarındandır Azərbaycançılıq ideyasının təbliğiHər bir dövlətin bel sütunu milli ideologiyadır.
Milli ideologiya dövlətin və millətin var olmasına xidmət edən ən güclü vasitədir.
XXI əsrin internet, rəqəmsallaşma, süni intellekt pəncərəsindən keçmişə baxdıqda milli ideologiya daşıyıcısı ziyalıların məhz mətbuat vasitəsilə fikir və düçüncələrini yaydığı, xalqı birlik və həmrəyliyə səslədiyi görünür.
150 illiyini bu günlərdə qeyd etdiyimiz milli mətbuatımızın beşiyi başında da görkəmli mütəfəkkir Həsən bəy Zərdabi ilə yanaşı məsləkdaşları dayanıb.
Bu mənada “Əkinçi” sıradan bir qəzet deyildi, Azərbaycan xalqının istiqlal, azadlıq arzularının səsləndiyi tribuna idi.
“Əkinçi”nin nəşri ilə milli oyanışın, milli özünüdərkin təməli qoyulmuşdu.
Məlumdur ki, milli oyanışa köklənmiş “Əkinçi”nin maarifçilik xəttinin davam etməsində o dövrün görkəmli şəxsiyyətləri Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani və daha neçə-neçə ziyalıların müstəsna xidmətləri olub.