Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

“Əkinçi”nin işığında oyanan milli ideologiya

“Əkinçi”nin işığında oyanan milli ideologiya

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Media bu gün dövlətçilik və azərbaycançılıq ideyalarının ən güclü təbliğatçılarındandır 


Azərbaycançılıq ideyasının təbliği


Hər bir dövlətin bel sütunu milli ideologiyadır. Milli ideologiya dövlətin və millətin var olmasına xidmət edən ən güclü vasitədir. XXI əsrin internet, rəqəmsallaşma, süni intellekt pəncərəsindən keçmişə baxdıqda milli ideologiya daşıyıcısı ziyalıların məhz mətbuat vasitəsilə fikir və düçüncələrini yaydığı, xalqı birlik və həmrəyliyə səslədiyi görünür. 150 illiyini bu günlərdə qeyd etdiyimiz milli mətbuatımızın beşiyi başında da görkəmli mütəfəkkir Həsən bəy Zərdabi ilə yanaşı məsləkdaşları dayanıb. 

Bu mənada “Əkinçi” sıradan bir qəzet deyildi, Azərbaycan xalqının istiqlal, azadlıq arzularının səsləndiyi tribuna idi. “Əkinçi”nin nəşri ilə milli oyanışın, milli özünüdərkin təməli qoyulmuşdu. Məlumdur ki, milli oyanışa köklənmiş “Əkinçi”nin maarifçilik xəttinin davam etməsində o dövrün görkəmli şəxsiyyətləri Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani və daha neçə-neçə ziyalıların müstəsna xidmətləri olub. “Əkinçi” məhz dövrün ziyalılarının dəstəyi ilə milli oyanışı, milli ideologiyanı yayırdı. “Əkinçi”nin ömrü qısa, davamçıları isə çox oldu. XIX əsrin sonları XX əsrin əvvəllərində təşəkkül tapmış milli mətbuat nümunələrimiz “Əkinçi”nin başlatdığı milli ideologiya çağırışlarını ləyaqətlə davam etdirdilər. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olmuş filologiya elmləri doktoru, professor Yaşar Qarayev məqalələrinin birində yazır ki, azərbaycançılıq milli özünüdərkin, etnik şüur intibahının fəlsəfədə, elmdə ideya ifadəsidir. Lakin bu ideya, bu fəlsəfə də nəzəriyyədən təcrübəyə, milli ideyadan milli şüura tam halda yalnız o zaman çevrilir ki, ayrı-ayrı ziyalılar, təklər yox, kütlələr əməldə, işdə ona sahiblik şüuru nümayiş etdirirlər. Bu baxımdan H.B.Zərdabinin “Əkinçi”si kütlələri oyadan, milli ideyanı milli şüura yeridən mətbu orqan idi. “Əkinçi” araşdırmaçılarının yekdil fikri budur ki, H.Zərdabi azərbaycançılıq görüşlərini “Əkinçi” vasitəsilə xalqa çatdırıb. 


 Milləti bir millət kimi səciyyələndirən cəhətlər, xalqın milli xarakterini müəyyən edən xüsusiyyətlər uzun əsrlər boyu xalqın konkret tarixi inkişafı prosesində və bu prosesin özünəməxsus cəhətlərini əks etdirərək yetişir, cilalanır və millətin, milli mədəniyyətin, milli şüurun təşəkkülü ilə yeni keyfiyyət alır, milli xarakteri müəyyən edən keyfiyyətə çevrilir. Milli şüurun oyanışı millətin öz əslini-kökünü, tarixini tanımasına bağlıdır. Bu mənada XIX əsrin sonlarına doğru “Əkinçi” qəzetinin nəşri təkcə milli mətbuatımızın yaranması deyil, maarifçilik və milli özünüdərk prosesinin yeni mərhələsi olaraq səciyyələndirilməlidir. “Əkinçi”nin nəşri ilə milli mətbuatımız təkbaşına yola çıxmadı, arxasınca milli düşüncə və milli ideologiyanı da apardı. Bu qəzet maarifçilik ideyalarını yaymaqla yanaşı, xalqın tarixi keçmişinə, dövlətçilik ənənələrinə də işıq salırdı. Bununla da, şüurlarda dövlətçilik ideyasını oyadırdı. Qafqazı işğal etmiş Rusiya imperiyasının siyasi dairələri də elə buna görə “Əkinçi”nin nəşrindən narahat idi və nəticədə qəzetin nəşri dayandırıldı. Amma Həsən bəy Zərdabi missiyasını yerinə yetirmişdi. Qısa bir vaxt ərzində dövrün görkəmli ziyalılarını, mütəfəkkirlərini “Əkinçi” ətrafında cəm etməklə mütərəqqi, demokratik ideyaların təbliğatçısı rolunu uğurla başa vurmuşdu. “Əkinçi”dən sonrakı nəşrlər də “Molla Nəsrəddin” “Kaspi”, “Ziya”, “Füyüzat”, “Kəşkül”, Həyat”, "Açıq söz” və digər mətbu orqanlar xalqın maariflənməsinə, milli şüurun formalaşmasına, xalqımızın azadlıq amallarının gerçəkləşməsinə və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verdilər. Prosesin davamı Azərbaycan Xalq Cümhuriyyəti dövründə də, sovetlərin senzura maşınına rəğmən SSRİ dönəmində də davam etdi. Azərbaycanın müstəqilliyini bərpa etməsiylə azad mətbuat, müasir medianın formalaşması isə milli ideyaların sərbəst və daha yüksək səviyyədə inkişafıyla nəticələndi. Bu gün milli mediamız dövlətçilik və azərbaycançılıq ideyalarının ən güclü təbliğatçılarından biridir.  


Milli mətbuatımızın 150 illiyi ilə bağlı fikirlərini “Şərq”lə bölüşən millət vəkili Ceyhun Məmmədov bildirib ki, “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb: 

- Bugünədək Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf yolu keçib. Xalqımızın görkəmli ziyalıları, yazıçı-publisistləri, mütəfəkkirləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan veriblər. Milli mətbuatımız hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla, şərəflə həyata keçirib. 44 günlük Vətən müharibəsinin gedişində düşmən təbliğatına qarşı informasiya mübarizəsini qələbə ilə başa vurub, xalqın birlik və həmrəyliyini təcəssüm etdirib. Bu missiya bu gün də davam edir. Nə qədər ki dövlətimizə yönələn təhdidlər davam edir, milli mətbuatımız “Əkinçi”dən qaynaqlanan milli ideyalara söykənərək məhz dövlətimizin dəstəyi ilə üzərinə düşən vəzifəni yenə də ləyaqətlə davam etdirəcək, bədxahlara aman verməyəcək. Milli mətbuatımızın əsas missiyası milli - azərbaycançılıq ideyalarını qorumaq, dövlətçilik ənənələrinə sadiq qalmaqdır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyul 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri