“Ekologiya ilə bağlı Prezidentin bəzi fərmanları yerinə yetirilmir” MÜTƏXƏSSİSDƏN AÇIQLAMA…
Icma.az, Avtosfer saytına istinadən bildirir. Hələ 2 ay əvvəl prezident küçə və prospektlərə, yolların kənarlarına zibil, siqaret kötüyü atı
Amma indiyə qədər hansısa paytaxt rayonunda belə urna və zibil qutularının artırılmasının şahidi olmamışıq. Bəs qurumlar nəyi gözləyir?
Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahim Avtosfer.az-a açıqlamasında bildirib ki, Prezident fərman verir və sərəncam imzalayır, amma bu fərmanların və sərəncamların icrasına nəzarət edən qurumlar mövcuddur: “Əslində, şəhər İcra Hakimiyyəti və bələdiyyələr Prezidentin fərman və sərəncamlarına ehtiyac olmadan fəaliyyət göstərməlidir.
Vəzifələrini yerinə yetirməli olan bu qurumlar dövlətin vəsaiti ilə təmin edilərək təmizliyə və digər kommunal xidmətlərə nəzarət etməlidir.
Lakin bəzən cərimələr tətbiq edilərək bu məsələlər həll olunur, amma sadəcə cərimələr vətəndaşları maarifləndirmək üçün kifayət etmir.
Həmçinin qapalı məkanlarda siqaret çəkmə ilə bağlı da problem var.
Hər yerdə siqaret çəkən insanlar var və bu barədə heç bir tədbir görülmür.
Dövlətin qərarları və cərimə tətbiq etməyi nəzərdə tutan qanunlar mövcud olsa da bunun icrası zəifdir.
Tam oxu
Xəbəri oxu