Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

“Ekologiya ilə bağlı Prezidentin bəzi fərmanları yerinə yetirilmir” MÜTƏXƏSSİSDƏN AÇIQLAMA

“Ekologiya ilə bağlı Prezidentin bəzi fərmanları yerinə yetirilmir” MÜTƏXƏSSİSDƏN AÇIQLAMA

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Hələ 2 ay əvvəl prezident küçə və prospektlərə, yolların kənarlarına zibil, siqaret kötüyü atılmasına görə cərimə miqdarının artırılması ilə bağlı fərman imzaladı. Amma indiyə qədər hansısa paytaxt rayonunda belə urna və zibil qutularının artırılmasının şahidi olmamışıq. Bəs qurumlar nəyi gözləyir?

Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahim Avtosfer.az-a açıqlamasında bildirib ki, Prezident fərman verir və sərəncam imzalayır, amma bu fərmanların və sərəncamların icrasına nəzarət edən qurumlar mövcuddur:

“Əslində, şəhər İcra Hakimiyyəti və bələdiyyələr Prezidentin fərman və sərəncamlarına ehtiyac olmadan fəaliyyət göstərməlidir. Vəzifələrini yerinə yetirməli olan bu qurumlar dövlətin vəsaiti ilə təmin edilərək təmizliyə və digər kommunal xidmətlərə nəzarət etməlidir. Lakin bəzən cərimələr tətbiq edilərək bu məsələlər həll olunur, amma sadəcə cərimələr vətəndaşları maarifləndirmək üçün kifayət etmir. Həmçinin qapalı məkanlarda siqaret çəkmə ilə bağlı da problem var. Hər yerdə siqaret çəkən insanlar var və bu barədə heç bir tədbir görülmür. Dövlətin qərarları və cərimə tətbiq etməyi nəzərdə tutan qanunlar mövcud olsa da bunun icrası zəifdir. Ən böyük problem isə nəzarətin zəif olmasıdır. Dövlət qurumları, İcra Hakimiyyəti və digər əlaqədar strukturlar öz vəzifələrini düzgün yerinə yetirmir. Prezidentin fərmanlarının icrası məmurlar tərəfindən bəzən yerinə yetirilmir. Bu halda, mətbuatın roluna da toxunmaq lazımdır. Mətbuat ciddi tənqid etməli, icra olunmayan fərmanları gündəmə gətirməlidir. Məmurlar vəzifələrini düzgün yerinə yetirmədikdə, mətbuat buna diqqət çəkməlidir”.

Ekoloq əlavə olaraq bildirib ki, müstəqilliyimizin 35-ci ilində hələ də dövlət qulluqçularının və məmurların öz vəzifə məsuliyyətlərini anlamadığını görürük:

“Dövlət sevgisi və məsuliyyəti olmadan fəaliyyət göstərən məmurlar çoxdur. Prezident bütün məsələlərə reaksiya verməməli, yalnız lazımi hallarda müdaxilə etməlidir. Dövlət strukturları, icra hakimiyyətləri və digər qurumlar müvafiq nəzarəti həyata keçirməli və prezidentin fərmanlarının icrasını təmin etməlidir”. 

Memar Cahid Həsənovun fikrincə isə Zibil qablarının şəhərin küçələrində və prospektlərində yerləşdirilməsinin sayı artmalıdır:

“Mövcud zibil qablarının sayını çoxaltmaq və daha səmərəli şəkildə yerləşdirmək vacibdir. Xüsusilə, şəhər parklarında müəyyən məsafəyə uyğun zibil qabları yerləşdirilir ki, bu da parkların təmizliyinə mühüm təsir göstərir. Lakin şəhər küçələrindəki zibil qabları arasındakı məsafə çox böyükdür və bu, təmizlik üçün yetərli olmur. Məsələn, bir çox xarici ölkələrdə zibil qabları arasındakı məsafə daha qısa olur və bu qablar daha möhkəm şəkildə qurulub, bəzən binaların divarlarına bərkidilir, beləliklə zibil qabları yerindən çıxmır və şəhər sakinlərinin hərəkətinə mane olmur.

Zibil qablarının sayının artırılması ilə yanaşı, bu qabların da daha etibarlı, sağlam və möhkəm qurulması vacibdir. Həmçinin, küçələrdəki sıxlıq və əhalinin gediş-gəlişini nəzərə alaraq, zibil qabları arasındakı məsafələr də uyğunlaşdırılmalıdır. Bu qaydaların tətbiqi ilə şəhərimizdə təmizliyin səviyyəsi daha da yüksələcək. Ən önəmlisi, bu zibil qablarının yerləşdirilməsində şəhərin estetikasına da diqqət yetirilməlidir. Gözəl və təmiz şəhərlər yalnız yeni binalarla yox, həm də hər kəsin məsuliyyətli şəkildə şəhəri qoruması ilə gözəl olur”.

Memar son olaraq vurğulayıb ki, şəhərimizin abadlaşdırılması, yeni binaların tikilməsi və digər inkişaf sahələri ilə yanaşı, təmizlik və zibil idarəetməsi də ön planda olmalıdır:
“Zibil qablarının sayının artırılması şəhərimizin təmizliyini təmin edəcək və vizual cəhətdən daha səliqəli bir görünüş yaradacaqdır”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Fevral 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see277

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see272

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see219

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see211

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see207

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see193

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see189

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see168

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see155

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see154

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see151

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see151

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see149

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see148

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see146

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see146

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri