“Ekoloji problemlərə həsr olunmuş tədbirdən siyasi məqsədlər üçün istifadə olunmamalıdır”Q…
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik: - Qüdrət bəy, COP-29 öz işinə başladı, tədbir barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Tədbir BMT-nin iqlim dəyişikliyi ilə əlaqədar təşkil etdiyi Konfrans olsa da, Azərbaycan ev sahibliyi edən tərəf kimi tədbirin yüksək səviyyədə keçirilməsi üçün vicdanla əlindən gələn hər şeyi edib.
Milli adət-ənənəmizə uyğun olaraq qonaq qəbul etməzdən öncə evdə bərpa və təmizlik işləri görülmüş, qonaqların yüksək səviyyədə qarşılanması və yerləşdirilməsi üçün hər şey edilmişdir.
Qərbin bəzi dairələri tərəfindən idarə olunan, ciddiliyini itirmiş insanlar iddia edirlər ki, bəzi böyük dövlətlərin yüksək səviyyədə Konfransa qatılmaması Azərbaycanda insan haqlarının pozulması və demokratik azadlaqlıqların məhdudlaşdırılmasına görədir.
Belələrindən biri utanmadan deyir ki, o hansısa xarici nəşrdə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair məqalə dərc elətdirib və bunun nəticəsi olaraq böyük dövlətlər Konfransı boykot edib.
Bizdən öncə 28-ci Konfrans Birləşmiş Ərəb Əmirliklərində keçirilib və Bakıda yüksək səviyyədə təmsil olunmayan ölkələrin əksəriyyəti həmin tədbirə yüksək səviyyədə qatılmışdı.
Tam oxu
Xəbəri oxu