Icma.az
close
up
RU
“Ekoloji problemlərə həsr olunmuş tədbirdən siyasi məqsədlər üçün istifadə olunmamalıdır”Qüdrət Həsənquliyev

“Ekoloji problemlərə həsr olunmuş tədbirdən siyasi məqsədlər üçün istifadə olunmamalıdır”Qüdrət Həsənquliyev

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, COP-29 öz işinə başladı, tədbir barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Tədbir BMT-nin iqlim dəyişikliyi ilə əlaqədar təşkil etdiyi Konfrans olsa da, Azərbaycan ev sahibliyi edən tərəf kimi tədbirin yüksək səviyyədə keçirilməsi üçün vicdanla əlindən gələn hər şeyi edib. Milli adət-ənənəmizə uyğun olaraq qonaq qəbul etməzdən öncə evdə bərpa və təmizlik işləri görülmüş, qonaqların yüksək səviyyədə qarşılanması və yerləşdirilməsi üçün hər şey edilmişdir. Qərbin bəzi dairələri tərəfindən idarə olunan, ciddiliyini itirmiş insanlar iddia edirlər ki, bəzi böyük dövlətlərin yüksək səviyyədə Konfransa qatılmaması Azərbaycanda insan haqlarının pozulması və demokratik azadlaqlıqların məhdudlaşdırılmasına görədir. Belələrindən biri utanmadan deyir ki, o hansısa xarici nəşrdə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair məqalə dərc elətdirib və bunun nəticəsi olaraq böyük dövlətlər Konfransı boykot edib. Bizdən öncə 28-ci Konfrans Birləşmiş Ərəb Əmirliklərində keçirilib və Bakıda yüksək səviyyədə təmsil olunmayan ölkələrin əksəriyyəti həmin tədbirə yüksək səviyyədə qatılmışdı. Orda doğrudanmı insan hüquq və azadlıqlarının vəziyyəti bizdən yaxşıdır? Qərəzdən və çarəsizlikdən rəzil vəziyyətə düşmüş bu adamlar gözəl bilirlər ki, bizdə etdikləri tənqidi çıxışların onda birini orda etsələr dillərini boyunlarının arxasından dartıb çıxararlar. Bizi ilk növbədə ermənilərin Qarabağdan getməsinə görə boykot edir, vicdansızcasına etnik təmizləmə aparmaqda günahlandırırlar. Sadəcə bu ittihamlara həm də bəzi daxili məsələlər qoşulur ki, xalqın bir hissəsindən dəstək alsınlar, həm də burdakı tərəfdarlarına hökumət əleyhinə təbliğat imkanı versinlər. Onların bizi boykot etməsinin ikinci səbəbi Azərbaycanın xarici siyasəti ilə əlaqəlidir. Türkiyə , Çin və Rusiya ilə müttəfiqlik münasibətlərinə dair sazişin imzalanması, 3+3 formatında regional əməkdaşlıq onları xüsusilə qıcıqlandırır. Əsl səbəb budur. Ekoloji problemlərə həsr olunmuş tədbirdən siyasi məqsədlər üçün istifadə olunmamalıdır. Beynəlxalq ictimaiyyət Bakıda qlobal istiləşməyə dair ciddi qərarların qəbul olinmasını gözləyir.
Konfransa qatılmayanlara görə sevinənlərə isə yazıqlar olsun. Onlar haqqında bir dəfə İlham Əliyev dedi ki, yeni istifadəyə verilən körpüdən su sızır bunlar sevinirlər. Güclü yağış yağır kimlərinsə evlərini su basır bunlar toy-bayram edirlər. Erməniyə görə kimsə Bakıya gəlməkdən imtina edir, bunar yenə sevinirlər. Öz ölkəsinin uğurlarına yox, dövlətinə qarşı çağırışlara və təhdidlərə sevinənləri Allah heç vaxt sevindirməz.

- Bəs, İran niyə yüksək səviyyədə tədbirə qatılmadı?

- Pezeşkian tədbirə qatılmaq, həm də öz vətəninin bir hissəsini İranın Prezidenti kimi görmək istəyirdi, amma dini lider imkan vermədi. Bir dəfə demişəm, İranda prezidentin səlahiyyəti bizdə Baş Nazirin səlahiyyətindən azdır. Yəqin ki, Xameneyiyə də xarici dairələrdən və farsistlər tərəfindən təzyiq olunub. Azərbaycanın təklənməsi təəssüratının yaradılması yaxın və uzaq ölkələrdən bir çoxunun maraqlarına uyğundur. Həm də “mən türk kimliyimlə fəxr edirəm”,- deyən Pezeşkianın Bakı səfəri Cənubi Azərbaycanda türklərə öz milli haqları, dilləri uğrunda daha ciddi mübarizə aparmağa əlavə stimul, milli birliyimizə töhfə verər, türk birliyini gücləndirərdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Noyabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see271

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see122

Bu məktəbdə pul yığımı, qohumbazlıq və intizamsızlıq iddiaları KONKRET

18 Oktyabr 2025 19:48see122

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see121

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri