Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 26 may, AZƏRTAC Təbii fəlakətlərin artdığı bir dövrdə Coğrafiya İnstitutunun bu risklərin xəritələndirilməsində rolu olduqca vacib və çoxşaxəlidir.
Son 2 ildə institutda təbii fəlakətlər və ekoloji risklərlə bağlı bir sıra elmi-tədqiqat işləri aparılıb.
Onlardan biri “Qarabağ və Şərqi Zəngəzur regionlarının landşaft-ekoloji karkası” xəritəsi olub.Bu fikirləri AZƏRTAC-a müsahibəsində Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani deyib.“Bu xəritədə kimyəvi elementlərin və birləşmələrin miqrasiya xüsusiyyətlərinə görə ərazidə allüvüal, superakval, transakkumulyativ və akkumulyativ geokimyəvi landşaftlar (cinslər) ayrılıb.
Müəyyən edilib ki, tədqiqat regionunda sulfatlı-hidrokarbonatlı-natriumlu, sulfatlı-kalsiumlu-natriumlu, sulfatlı-natriumlu-maqneziumlu və hidrokarbonatlı-kalsiumlu-natriumlu makrobirləşmələri üstünlük təşkil edir.
Tədqiqat prosesində ərazidə 8 geokimyəvi landşaft tipi ayrılıb.
Bu yeni bir tədqiqat olub, öz elmi nəticələri ilə diqqəti cəlb edir”, - deyə Z.İmrani qeyd edib.İnstitutun əməkdaşları tərəfindən Qarabağ və ətraf ərazilərin relyef resurslarına antropogen təsirlərin yaratdığı təhlükə və risklərin qiymətləndirildiyini bildirən müsahibimiz deyib: “Zəfər”, Kəlbəcər-Laçın və Toğana-Kəlbəcər-İstisu avtomobil yolları ətrafında təhlükəli geomorfoloji proseslərin qısa təhlili onu deməyə əsas verir ki, ən təhlükəli proseslər seysmik dislokasiyalar, sürüşmələr, uçqunlar və s.
ərazilər hesab olunur. Bunların hamısı ekogeomorfoloji baxımdan regionda gərgin vəziyyət yaradır.