Icma.az
close
up
RU
Ekoloji risklərin xəritələndirilməsində Coğrafiya İnstitutunun rolu çoxşaxəlidir

Ekoloji risklərin xəritələndirilməsində Coğrafiya İnstitutunun rolu çoxşaxəlidir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 26 may, AZƏRTAC

Təbii fəlakətlərin artdığı bir dövrdə Coğrafiya İnstitutunun bu risklərin xəritələndirilməsində rolu olduqca vacib və çoxşaxəlidir. Son 2 ildə institutda təbii fəlakətlər və ekoloji risklərlə bağlı bir sıra elmi-tədqiqat işləri aparılıb. Onlardan biri “Qarabağ və Şərqi Zəngəzur regionlarının landşaft-ekoloji karkası” xəritəsi olub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani deyib.

“Bu xəritədə kimyəvi elementlərin və birləşmələrin miqrasiya xüsusiyyətlərinə görə ərazidə allüvüal, superakval, transakkumulyativ və akkumulyativ geokimyəvi landşaftlar (cinslər) ayrılıb. Müəyyən edilib ki, tədqiqat regionunda sulfatlı-hidrokarbonatlı-natriumlu, sulfatlı-kalsiumlu-natriumlu, sulfatlı-natriumlu-maqneziumlu və hidrokarbonatlı-kalsiumlu-natriumlu makrobirləşmələri üstünlük təşkil edir. Tədqiqat prosesində ərazidə 8 geokimyəvi landşaft tipi ayrılıb. Bu yeni bir tədqiqat olub, öz elmi nəticələri ilə diqqəti cəlb edir”, - deyə Z.İmrani qeyd edib.

İnstitutun əməkdaşları tərəfindən Qarabağ və ətraf ərazilərin relyef resurslarına antropogen təsirlərin yaratdığı təhlükə və risklərin qiymətləndirildiyini bildirən müsahibimiz deyib: “Zəfər”, Kəlbəcər-Laçın və Toğana-Kəlbəcər-İstisu avtomobil yolları ətrafında təhlükəli geomorfoloji proseslərin qısa təhlili onu deməyə əsas verir ki, ən təhlükəli proseslər seysmik dislokasiyalar, sürüşmələr, uçqunlar və s. ərazilər hesab olunur. Bunların hamısı ekogeomorfoloji baxımdan regionda gərgin vəziyyət yaradır. Aparılmış təhlil və hesablamalara görə Qarabağ və Şərqi Zəngəzurda magistral, əsas və ikinci dərəcəli yolların (2130,81 km) 200,65 kilometri (9,42 faiz) geomorfoloji risk və təhlükələrin yüksək olduğu ərazilərdən keçir. Xəzər dənizinin səviyyəsinin 1996-cı ildən başlayaraq azalmaqda davam etdiyini hər bir ölkə vətəndaşı bilir. Bu proses nəticəsində dəniz sahildən xeyli uzaqlaşıb (bəzi ərazilərdə 100, 200, 500, və 1000 metrə qədər). Əvvəllər su basmış torpaq əraziləri su altından çıxaraq sahil zonasında neqativ ekoloji risklərin yaranmasına səbəb olub. Təqribi hesablamalara görə, respublika üzrə bütün sahilboyu ərazidə 38000 ha torpaq sahəsi dəniz altından çıxıb. Bu proses nəticəsində ən böyük ziyan dəniz gəmiçiliyinə, kənd təsərrüfatına, neft-qaz sənayesinə, balıqçılıq təsərrüfatına, kurort-rekreasiya obyektlərinə və s. sahələrə dəyir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri