Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bundan ötrü təmizləmə qurğuları tikilməlidir, işlər sürətləndirilsə belə, 5-6 il vaxt apara bilər “Bu, içməli su da ola bilər.
Amma bu cür sulardan daha çox suvarma üçün istifadə etməyə meyilli olurlar”Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (su təchizatı)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.
Yol xəritəsinə görə, cari ilin 1 iyul tarixinə qədər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən tullantı sularının təkrar istifadəsi ilə bağlı (təmizlənmiş suyun istifadəsi üçün təlimatlar, tullantı sularının keyfiyyəti limitləri və emal prosesi) beynəlxalq təcrübənin araşdırılması, təkliflərin hazırlanması və Komissiya Katibliyinə təqdim edilməsi planlaşdırılır.
Eyni zamanda cari ilin 1 sentyabr tarixinə qədər tullantı sularının təkrar istifadəsi ilə bağlı qaydaların müəyyən edilərək Komissiyanın Katibliyi ilə razılaşdırıldıqdan sonra təsdiq olunması gözlənilir.
Tullantı sularının təkrar istifadəsi ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin təşkil etdiyi mətbuat konfransında da danışılıb.
Xidmətin kadastr və uçot şöbəsinin müdiri Rafiq Verdiyev qeyd edib ki, son illər ərzində ümumi su ehtiyatlarımız 25 faizdən çox azalıb: “Son 4 il həqiqətən çox quraq keçib, su anbarlarında suyun həcmi ölü həcmə yaxın olub və Kürün aşağı axarında suyun həddən artıq az olması yay aylarında bəzi günlərdə onun qurumağa yaxın olmasına gətirib.
Müxtəlif iqlim ssenarilərinə əsasən gələcəkdə atmosferə atılan qazların miqdarı tələb olunan hüduda qədər azaldılmasa, temperaturun daha yüksək templə artması müşahidə olunacaq.