Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Ermənistan parlamentində növbəti dəfə dava düşüb.
Müxalif “Ermənistan” blokunun və hakim “Vətəndaş sazişi” partiyasının deputatları bir-birinə girişiblər.
Erməni mediasının yazdığına görə, səbəb parlamentin sədri Alen Simonyanın kobudluğu olub. Amma məsələ təkcə bunda deyil.
Deməli, hakim partiyanın parlament fraksiyasının rəhbəri Hayk Konjoryanın çıxışı zamanı onunla “Ermənistan” blokunun deputatı Qeqam Manukyan arasında mübahisə yaranıb.
Manukyan “Vətəndaş sazişi” partiyasının üzvünü yalan danışmaqda və manipulyasiyada ittiham edib. Mübahisəyə A.Simonyan da qoşulub.
O, iqtidar nümayəndəsini dəstəkləyib və məqsədini açıq şəkildə bildirib.
Spikerin tonu müxalifət təmsilçisi Artsvik Minasyanı özündən çıxarıb.
Sonuncu parlament sədrinin qərəzli mövqeyinə irad tutub: “Siz özünüzü spiker kimi yox, “Vətəndaş sazişi”nin vəkili kimi aparırsınız”, – deyən Minasyan Simonyanı belə vəziyyətlərdə təmkinli davranmağa çağırıb.