Icma.az
close
up
RU
“Eks”lərin kölgəsində: Paşinyan komandasına müxalifətin hücumu

“Eks”lərin kölgəsində: Paşinyan komandasına müxalifətin hücumu

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Ermənistan parlamentində növbəti dəfə dava düşüb. Müxalif “Ermənistan” blokunun və hakim “Vətəndaş sazişi” partiyasının deputatları bir-birinə girişiblər. Erməni mediasının yazdığına görə, səbəb parlamentin sədri Alen Simonyanın kobudluğu olub. Amma məsələ təkcə bunda deyil.

Deməli, hakim partiyanın parlament fraksiyasının rəhbəri Hayk Konjoryanın çıxışı zamanı onunla “Ermənistan” blokunun deputatı Qeqam Manukyan arasında mübahisə yaranıb. Manukyan “Vətəndaş sazişi” partiyasının üzvünü yalan danışmaqda və manipulyasiyada ittiham edib. Mübahisəyə A.Simonyan da qoşulub. O, iqtidar nümayəndəsini dəstəkləyib və məqsədini açıq şəkildə bildirib.

Spikerin tonu müxalifət təmsilçisi Artsvik Minasyanı özündən çıxarıb. Sonuncu parlament sədrinin qərəzli mövqeyinə irad tutub: “Siz özünüzü spiker kimi yox, “Vətəndaş sazişi”nin vəkili kimi aparırsınız”, – deyən Minasyan Simonyanı belə vəziyyətlərdə təmkinli davranmağa çağırıb. Simonyan isə istehzalı şəkildə gülümsünərək müxalifət təmsilçisinin tərəfkeşliklə bağlı fikirlərinin ona qürur hissi aşıladığını vurğulayıb. Hər şey də bundan sonra başlanıb.

Getdikcə əsəblər tarıma çəkilib. A.Simonyan nizam-intizam yaratmaq əvəzinə, vəziyyəti daha da gərginləşdirib. O, qeyri-rəsmi müraciət formasına keçib və təxribatçı tonunu gücləndirib. Nəticədə bəzi müxalif deputatlar ciddi şəkildə qəzəblənib və ayağa qalxıblar. Spiker onları ələ salıb. Müxalifətçilər yerlərinə oturmağa hazırlaşanda isə Simonyan “qalxmışdınız, indi oturun” kimi əmredici tərzdə dillənib. Bu, qarşı tərəfdə təxminən “bax, belə oturarsınız” şəklində assosiasiya doğurub.

Aşkar şəkildə əsəbləri tarıma çəkməyə davam edən Simonyanın sonuncu sözündən sonra, necə deyərlər, ara qarışıb, məzhəb itib. Vəziyyətin dramatik məcraya yuvarlandığını görən spiker isə təcili canlı yayımı dayandırmaq göstərişi verib.

Ümumən, son vaxtlar Ermənistan parlamentinin iclaslarında həyəcanlı anların yaşanması adi hal almaqdadır. Vəziyyətin gərginləşməsi hətta baş nazir Nikol Paşinyanın oradakı çıxışlarına da təsirini göstərir. Yəni, Nikol hansısa məsələyə dair fikirlərini açıqlayır, müxalifətçi deputatlar isə müxtəlif atmacalarla onun sözünü kəsirlər. Nəticədə hökumət rəhbəri əsəbləşərək tribunada əl hərəkətlərinə və qeyri-ordinar jestlərə keçir ki, bütün bunlar sosial şəbəkələrdə həm müzakirəyə çıxarılır, həm də lağ predmetinə çevrilir. Kənardan elə təəssürat yaranır ki, Paşinyan dövlət rəsmisi yox, psixi xəstədir.

Əlbəttə, Paşinyanın özünə qarşı çıxanları parlament tribunasından sakit tərzdə, amma sərt fikirlərə “qonaq etdiyi” hallar da olub. Bu baxımdan onun Ermənistanın ikinci prezidenti Robert Koçaryanın deputat oğlu ilə Levonla söz davasını xatırlatmaq mümkündür. Qeyd edək ki, Levon bir müddət əvvəl parlamentdə Nikola sual verərkən, onu “daşınmaz əmlak üzrə Azərbaycan agenti” adlandırmışdı. İkinci buna qarşılıq birincini ədəbli olmağa dəvət etmiş, əks təqdirdə xoşagəlməz durumla üzləşəcəyinə dair xəbərdarlığını çatdırmışdı. Ancaq məlumdur ki, Koçaryanın “gül balasında” bundan nəticə çıxarmaq yoxdur.

Onu da bildirək ki, Ermənistan parlamentinin ölkənin üçüncü prezidenti Serj Sarkisyanın yaxın deputatları da səsləndirdikləri ayrı-ayrı fikirlərlə iqtidar təmsilçilərini aşağılayır, hökumətin fəaliyyətinin yarıtmazlığına dair müxtəlif məqamları qabardırlar. Elə dünən Simonyanı qəzəbləndirən deputatlar da “Serjik”in “Ermənistan” blokunun üzvləridir.

Ümumən, belə təəssürat yaranır ki, həm Sarkisyan, həm də Koçaryan özlərinə yaxın şəxsləri deputat kimi parlamentə yalnız ara qarışdırmaq üçün göndəriblər. Onlar, həmçinin ictimai rəyə, Paşinyana və komandasına əhəmiyyətsiz yanaşdıqlarına dair mesaj da ötürürlər. Yeri gəlmişkən, belə bir mesajı Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da verir.

Bir qayda olaraq, “eks”lər öz fikirlərini, daha dəqiq desək, ittihamlarını digərlərinin dili ilə səsləndirirlər. Bunu Paşinyan da duyub. Məsələn, o, bir müddət əvvəl keçmiş prezidentləri debata çağırmışdı. İkincilərin nümayəndələri vasitəsilə cavabları belə olmuşdu: Paşinyan kimdir ki, biz onunla debata çıxaq? Ona görə də Nikol parlament tribunasından “eks”lərin öz qardaşlarını, oğullarını, hətta gəlinlərini belə ortaya atdığını bildirib, bir növ, məzələnib.

Yenidən sonuncu insidentə qayıdaraq deyək ki, görünür, A.Simonyan müxalifətçilərin hərəkətlərindən təngə gəlib, əsəbləri dözməyib. Ancaq spikerin parlamentin iclasının canlı yayımının dayandırılması göstərişindən sonra zalda nələrin baş verdiyi barədə məlumat verilmir. Tam mümkündür ki, Simonyan özü də yumruq davasına qoşulub. Hərçənd, maraqlı olan heç də bu deyil. Əsas məqam Ermənistan Milli Assambleyasında yaşananların doğurduğu biabırçı mənzərədir. Hesab edirik ki, erməni parlamentindəki acınacaqlı durum ölkənin özünün vəziyyətinə tam adekvatdır.

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 01:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri