Ekspert: “Azərbaycanda metro və elektrobusların uzlaşması təkmilləşdiriləcək” | Icma.az
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda 2025-ci ilin sonuna qədər elektrobusların istehsalı sahəsində real nəticə əldə oluna bilər.
Bunu “Report”a açıqlamasında nəqliyyat və infrastruktur məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib.
Onun sözlərinə görə, yollarda sıxlığın qarşısının alınması, insanların tıxaclarda vaxt itkisi ilə üzləşməsi hər kəsi narahat edən məsələdir: “Bu mənada 10 metro stansiyasının tikintisi mühüm əhəmiyyət kəsb edəcək.
Fikrimcə, 6 stansiya “Bənövşəyi xətt”, 4 stansiya isə “Yaşıl xətt” üzrə olacaq.
Bu stansiyaların yaxın 5 il ərzində inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.
Bundan başqa, metro ilə avtobus nəqliyyatının uzlaşması məsələsinə gəlincə, hazırda bir neçə yerdə metro stansiyaları ilə avtobus xətlərinin kəsişməsi baş verir.
Amma bunlar əslində mübadilə nöqtələridir. Yəni sərnişinlər yollarına avtobusdan düşdükdən sonra metro ilə davam edə bilərlər.
Tam oxu
Xəbəri oxu