Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Ekspert: “Azərbaycanda metro və elektrobusların uzlaşması təkmilləşdiriləcək”

Ekspert: “Azərbaycanda metro və elektrobusların uzlaşması təkmilləşdiriləcək”

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda 2025-ci ilin sonuna qədər elektrobusların istehsalı sahəsində real nəticə əldə oluna bilər.

Bunu “Report”a açıqlamasında nəqliyyat və infrastruktur məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib.

Onun sözlərinə görə, yollarda sıxlığın qarşısının alınması, insanların tıxaclarda vaxt itkisi ilə üzləşməsi hər kəsi narahat edən məsələdir: “Bu mənada 10 metro stansiyasının tikintisi mühüm əhəmiyyət kəsb edəcək. Fikrimcə, 6 stansiya “Bənövşəyi xətt”, 4 stansiya isə “Yaşıl xətt” üzrə olacaq. Bu stansiyaların yaxın 5 il ərzində inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, metro ilə avtobus nəqliyyatının uzlaşması məsələsinə gəlincə, hazırda bir neçə yerdə metro stansiyaları ilə avtobus xətlərinin kəsişməsi baş verir. Amma bunlar əslində mübadilə nöqtələridir. Yəni sərnişinlər yollarına avtobusdan düşdükdən sonra metro ilə davam edə bilərlər. Məsələn, “Koroğlu”, “20 Yanvar” və “28 May” kimi metro stansiyalarında belə mübadilə nöqtələri var. Amma bu alt-mərkəzlərin təkmilləşdirilərək daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Bu da çox vacib məsələdir ki, çünki hər iki sistem bir-biri ilə uzlaşmalı və bir-birini tamamlamalıdır. Bakı şəhərinin Baş planının icrası isə nəqliyyat sisteminin işinin təkmilləşdirilməsində mühüm rol oynayacaq”.

Y.Mustafayev qeyd edib ki, Bakı şəhərinin nəqliyyat sistemi üçün elektrobusların sayının artırılması mühüm əhəmiyyət kəsb edir: “Elektrobus həm iqtisadi cəhətdən səmərəli, həm də ekoloji cəhətdən “təmiz nəqliyyat vasitəsi”dir. Elektrobuslar şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında müstəsna rol oynayacaq. Əslində, belə növ avtobuslar trolleybus kimi nəqliyyat vasitəsinin davamıdır. Yəni trolleybus da eyni sistemdə çalışır. Sadəcə enerjini naqillər vasitəsilə əldə edir. Hazırda Bakıda daha çox bu nəqliyyat vasitəsindən istifadə edilməsi gözlənilir”.

Ekspert əlavə edib ki, Azərbaycanda elektrobusların istehsalı da nəzərə tutulub: “2025-ci ilin sonuna doğru ölkədə Çinin “BYD Company Limited” şirkətinin elektrobusları istehsal olunacaq və bu istiqamətdə işlərə başlanılıb. Bu ilin sonuna qədər bu sahədə real nəticəni görə biləcəyik”.

Y.Mustafayev deyib ki, Azərbaycanın nəqliyyat sahəsində əsas problemlərdən biri ağır çəkili nəqliyyat vasitələrinin yollara vurduğu zərər idi: “Həm tranzit nəqliyyat vasitələri, həm də yerli daşımalarda ağır yükləmə çəkilərinin artıq olması yollara çox böyük zərər vururdu. Bunun qarşısını almaq üçün elektron nəzarət sistemi yaradılır. Elektron tərəzilər quraşdırılır. Bu qurğular çox yüklənən nəqliyyat vasitələrini avtomatik aşkar edir və onlara protokol tərtib edir. Bununla bağlı kifayət qədər yüksək cərimə nəzərdə tutulub. Bu isə yolların aşınmasının qarşısını almağa böyük kömək göstərəcək”.

Qanunvericiliyə əsasən, icazə verilən qabarit parametrlərini aşan nəqliyyat vasitələri foto və video qeydiyyat vasitələri ilə aşkar edilərək, mərkəzi informasiya sisteminə məlumat ötürülür. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimələr 200 manatdan 7000 manata qədər nəzərdə tutulub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://report.az
archiveBu xəbər 09 Yanvar 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri