Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünya ulduzu Vinsent Abubakarın “Neftçi”yə transfer olması günlərdir futbol gündəminin əsas mövzularından biridir.
Bu transfer dünyada da səs-küyə səbəb oldu. Bir çox xarici ölkə mediası Abubakarın paytaxt klubuna keçidindən yazdı.
“Flaqman”ın azarkeşləri də bu transferə böyük maraq göstərdi və Vinsent Abubakarı hava limanında coşğu ilə qarşıladılar.
Qeyd edək ki, 33 yaşlı futbolçu “Neftçi” ilə 2 illik müqavilə imzalayıb. Ona illik 500 min dollar maaş ödəniləcək.
Maraqlıdır, “Neftçi”nin Vinsent Abubakar transferi necə dəyərləndirilir? O, paytaxt klubunda uğurlu ola biləcək?
“CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu mövsüm “Neftçi”nin transferlərini uğurlu saymaq olar: “Çünki çatışmayan mövqelərə edilən transferlərlə komandada ötən mövsümlə müqayisədə çox ciddi fərq görünür.
Bir sözlə, edilən transferlər keyfiyyət baxımından fərqlənir. Vinsent Abubakar da çox uğurlu transferdir.