Icma.az
close
up
RU
Ekspertdən iddialı açıqlama: “Abubakar Azərbaycan çempionatından 2 3 dəfə üstündür”

Ekspertdən iddialı açıqlama: “Abubakar Azərbaycan çempionatından 2 3 dəfə üstündür”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünya ulduzu Vinsent Abubakarın “Neftçi”yə transfer olması günlərdir futbol gündəminin əsas mövzularından biridir.

Bu transfer dünyada da səs-küyə səbəb oldu. Bir çox xarici ölkə mediası Abubakarın paytaxt klubuna keçidindən yazdı. “Flaqman”ın azarkeşləri də bu transferə böyük maraq göstərdi və Vinsent Abubakarı hava limanında coşğu ilə qarşıladılar.

Qeyd edək ki, 33 yaşlı futbolçu “Neftçi” ilə 2 illik müqavilə imzalayıb. Ona illik 500 min dollar maaş ödəniləcək.

Maraqlıdır, “Neftçi”nin Vinsent Abubakar transferi necə dəyərləndirilir? O, paytaxt klubunda uğurlu ola biləcək?

“CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu mövsüm “Neftçi”nin transferlərini uğurlu saymaq olar:

“Çünki çatışmayan mövqelərə edilən transferlərlə komandada ötən mövsümlə müqayisədə çox ciddi fərq görünür. Bir sözlə, edilən transferlər keyfiyyət baxımından fərqlənir. Vinsent Abubakar da çox uğurlu transferdir. O, dünya ulduzudur və tanınan oyunçudur.

Həmçinin, hazırda Kamerun futbolunun ən önəmli simalarından biridir. “Neftçi” bu transferlə hücum xəttini gücləndirməklə yanaşı, marketinq cəhətdən də dünyaya səs salmağı bacardı. Artıq Türkiyə başda olmaqla, bir çox ölkə mediasında Abubakarın “Neftçi”yə transferi barədə xəbərlər tirajlanır”. 

Ekspert qeyd edib ki, Abubakar çox keyfiyyətli futbolçudur:

“O, həm topla, həm də topsuz oyunda yüksək səviyyədə iştirak edir. 33 yaşlı futbolçu oyun zəkası və ikili mübarizələrdə ayaqda qalmaq bacarığı ilə seçilir. Abubakar öz fərqini Azərbaycan Premyer Liqasında açıq şəkildə göstərəcək.

Hətta deyərdim ki, Abubakar Azərbaycan çempionatının səviyyəsindən 2-3 dəfə üstündür. Bunu açıq demək lazımdır. “Neftçi”nin qol vurma problemi Abubakar transferi ilə həll olunacaq. Onun “Beşiktaş”da necə möhtəşəm oynadığı hər kəsin xatirindədir”.

Onun sözlərinə görə, Abubakar oynamağa hazırdır:

“Onun fiziki vəziyyəti yaxşıdır, çünki özəl məşqçilərlə çalışır. Bu səbəbdən də paytaxt klubunda problem yaşayacağını zənn etmirəm. Qarşıdakı turda oyuna sonradan daxil ola bilər. 3-4 tur sonra isə öz performansını sərgiləməsi mümkündür. Ümumiyyətlə, “Neftçi”nin çempion olması üçün yaxşı transferlər edilir. 

Kifayət qədər önəmli futbolçular heyətə qatılır. Xüsusilə Abubakar həmləsindən sonra paytaxt klubunun çempionluq yarışında olması gözlənilir. Abubakar çox yüksək keyfiyyətli oyun nümayiş etdirərək “Neftçi”də çempion və bombardir ola bilər”.

Mütəxəssis “Neftçi”nin bir dünya ulduzunu daha transfer edə biləcəyini söyləyib:

“Əldə etdiyim məlumata əsasən, “Neftçi” Abubakardan sonra daha bir dünya ulduzunu heyətinə qata bilər. Hazırda bir hücumameyilli yarımmüdafiəçi ilə danışıqlar aparılır. Yəni Abubakar kimi ulduzu gətirirsənsə, komandada ona uyğun oyunçu profilləri olmalıdır. Ona görə də bu istiqamətdə çalışmalar aparılır”.

Elmir Mustafa
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri