Ekspertdən Vahid Ələkbərovun Yelobankının bayrağımıza münasibətinə sərt reaksiya: Bu bankla bağlı ciddi sözsöhbətlər dolaşır

05.11.2024

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyada yaşayan milyarder Vahid Ələkbərovun sahibi olduğu "Yelobank"ın baş ofisinin qarşısında Azərbaycanın Dövlət bayrağının görüntüləri ciddi etirazla qarşılanıb.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, bayrağın yerə düşməsi və bank rəhbərliyi tərəfindən vaxtında tədbir görülməməsi hörmətsizlik kimi dəyərləndirilib.

Siyasi ekspert Arzuman Abdulkərimov deyib ki, "Yelobank"ın rəhbərliyində olanların Azərbaycanın ya qalib Dövlət olmasından, bu bayrağın Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə dalğalanmasından  xəbəri yoxdur, ya da düşünülmüş şəkildə hörmətsizlik edirlər. 

"Ümumiyyətlə, bu bankın fəaliyyəti ilə bağlı ciddi söz-söhbətlər dolaşmaqdadır. Hesab edirəm ki, Azərbaycanın təhlükəsizlik orqanları bu məsələni nəzarətə götürəcək və bankla bağlı araşdırmalara başlayacaqlar", - o qeyd edib.

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью