Ekspertdən Vahid Ələkbərovun Yelobankının bayrağımıza münasibətinə sərt reaksiya: Bu bankla bağlı ciddi sözsöhbətlər dolaşır
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyada yaşayan milyarder Vahid Ələkbərovun sahibi olduğu "Yelobank"ın baş ofisinin qarşısında Azərbaycanın Dövlət bayrağının görüntüləri ciddi etirazla qarşılanıb.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, bayrağın yerə düşməsi və bank rəhbərliyi tərəfindən vaxtında tədbir görülməməsi hörmətsizlik kimi dəyərləndirilib.
Siyasi ekspert Arzuman Abdulkərimov deyib ki, "Yelobank"ın rəhbərliyində olanların Azərbaycanın ya qalib Dövlət olmasından, bu bayrağın Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə dalğalanmasından xəbəri yoxdur, ya da düşünülmüş şəkildə hörmətsizlik edirlər.
"Ümumiyyətlə, bu bankın fəaliyyəti ilə bağlı ciddi söz-söhbətlər dolaşmaqdadır. Hesab edirəm ki, Azərbaycanın təhlükəsizlik orqanları bu məsələni nəzarətə götürəcək və bankla bağlı araşdırmalara başlayacaqlar", - o qeyd edib.
MİA.AZ
Baxış sayı:47
Bu xəbər 05 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















