Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, “əl-Əhram” mətbuat müəssisəsinin nəzdində İnformasiya Texnologiyaları mərkəzinin direktoru Əşrəf Bədr “Azərtaca”-a müsahibəsində belə deyib.
Ə.Bədr qeyd edib ki, müəssisədə “əl-Əhram” qəzeti də daxil olmaqla 18 jurnal və qəzet nəşr edilir.
Müasir rəqəmsallaşma dövründə bütün nəşrlərin elektron nüsxələri mövcuddur.
“Bizim mərkəzdə müəssisənin əksər nəşrlərinin mikrofilmləri saxlanılır.
Əlimizdə olan “əl-Əhram” qəzetinin, demək olar ki, bütün nömrələrinin mikrofilmləri və rəqəmsal formata keçirilmiş nüsxələri var.
Rəqəmsal fayllar üzrə axtarış verdikdə, qəzetin qədim saylarındakı xəbərlər arasında Azərbaycan adına yüzlərlə yerdə rast gəlirik”, - deyə həmsöhbət bildirib.
“Əl-Əhram”ın 1919-cu il iyulun 27-də çıxmış sayında “Azərbaycan hökuməti və Parisdəki nümayəndə heyəti istiqlal tələb edir” ünvanlı xəbərdə ölkəmizin vəziyyəti, ərazisi və nümayəndə heyətinin üzvləri haqqında məlumat verilir.