Icma.az
close
up
RU
“Əl Əhram”ın köhnə saylarında Azərbaycanla bağlı çoxlu xəbərlər olub

“Əl Əhram”ın köhnə saylarında Azərbaycanla bağlı çoxlu xəbərlər olub

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, “əl-Əhram” mətbuat müəssisəsinin nəzdində İnformasiya Texnologiyaları mərkəzinin direktoru Əşrəf Bədr “Azərtaca”-a müsahibəsində belə deyib.
Ə.Bədr qeyd edib ki, müəssisədə “əl-Əhram” qəzeti də daxil olmaqla 18 jurnal və qəzet nəşr edilir. Müasir rəqəmsallaşma dövründə bütün nəşrlərin elektron nüsxələri mövcuddur. “Bizim mərkəzdə müəssisənin əksər nəşrlərinin mikrofilmləri saxlanılır. Əlimizdə olan “əl-Əhram” qəzetinin, demək olar ki, bütün nömrələrinin mikrofilmləri və rəqəmsal formata keçirilmiş nüsxələri var. Rəqəmsal fayllar üzrə axtarış verdikdə, qəzetin qədim saylarındakı xəbərlər arasında Azərbaycan adına yüzlərlə yerdə rast gəlirik”, - deyə həmsöhbət bildirib.
“Əl-Əhram”ın 1919-cu il iyulun 27-də çıxmış sayında “Azərbaycan hökuməti və Parisdəki nümayəndə heyəti istiqlal tələb edir” ünvanlı xəbərdə ölkəmizin vəziyyəti, ərazisi və nümayəndə heyətinin üzvləri haqqında məlumat verilir. Qeyd edilir ki, Qafqazın cənub-şərqində yerləşən Azərbaycana Bakı, Yelizavetopol (Gəncə), Şuşa və Qarabağ regionları daxildir. Paytaxtı Bakı şəhəridir. Bu ölkənin əhalisinin sayı 4 milyon nəfərdir... Üzvləri seçkilər yolu ilə seçilən parlament məclisi vardır. Qadınlar seçkilərdə iştirak etmək hüququna malikdirlər.

“Azərbaycan hökuməti bolşeviklərə qarşıdır. Səbəb budur ki, onlar ölkədə səkkiz müsəlmanı qətl ediblər, çox kəndi və əkin sahələrini talayıblar və yandırıblar. Qonşuları ilə sülh və əmin-amanlıq içərisindədir. Konfransdan istiqlalının tanınmasını istəyir...”, - deyə xəbərdə yazılır.
Mərkəzin direktoru Azərbaycan mətbuatını 150 yaşı münasibətilə təbrik edib, “Əkinçi” ilə başlayan mətbuatımızın “əl-Əhram”la həmyaşıd olduğunu diqqətə çatdırıb və yaxın zamanlarda “əl-Əhram” qəzetinin 150 illiyinin də təntənəli şəkildə qeyd ediləcəyini bildirib.
Əşrəf Bədr rəhbərlik etdiyi mərkəzdə “Kəşkül” (1889-cu il), “Muqattam” (1888-ci il) qəzetlərinin, “Muqtataf” jurnalının (1871-ci il), “Vadi əl-Nil” , “Kəvakib” qəzetlərinin də əksər nömrələrinin saxlandığını diqqətə çatdırıb.
Son texnoloji yeniliklərin qəzet çapına təsirsiz ötüşmədiyini bildirən Əşrəf Bədr qeyd edib ki, “əl-Əhram” qəzeti əvvəllər milyon nüsxədə nəşr etdirilirdi və müxtəlif ölkələrə göndərilirdi. Hazırda qəzetin çapı azalıb. Buna baxmayaraq, adıçəkilən qəzet Misirdə kağız formatda çap edilən və yayılan ən böyük qəzetdir.
(Azərtac)
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 İyul 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see283

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see229

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see178

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see165

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see138

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see130

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see122

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri