“Əl Hilal”dan böyük transfer Olli Uotkinslə 3 illik müqavilə

31.08.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Aston Villa”nın hücumçusu Olli Uotkins karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Apasport.az xəbər verir ki, İngiltərə millisinin üzvü “Əl-Hilal”a transfer olunub.

Səudiyyə Ərəbistanı klubu 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb.

“Əl-Hilal” bu keçid üçün “Aston Villa”ya təxminən 50-51 milyon funt sterlinq ödəyəcək.

Qeyd edək ki, Uotkins 2020-ci ildə “Brentford”dan “Aston Villa”ya keçmişdi. İngiltərəli hücumçu Birmingem təmsilçisinin heyətində bütün turnirlərdə 278 oyuna çıxıb, 108 qol vurub. O, 91 qolla “Aston Villa”nın Premyer Liqa tarixində ən məhsuldar futbolçusudur.
 

Platini İnfantinoya qarşı çıxdı – “O, getməlidir” Türkiyə millisinin üzvü “Qalatasaray”da – Dəniz Gül İstanbula gəlir Günün canlı yayımlanacaq matçları - TV AFİŞA Acundan növbəti transfer – “Roma”nın hücumçusu "Hall Siti" yolunda “Fənərbaxça”dan ayrıldı - “Ayaks”da çıxış edəcək
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью