“Əl Hilal”dan böyük transfer Olli Uotkinslə 3 illik müqavilə
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Aston Villa”nın hücumçusu Olli Uotkins karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Apasport.az xəbər verir ki, İngiltərə millisinin üzvü “Əl-Hilal”a transfer olunub.
Səudiyyə Ərəbistanı klubu 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb.
“Əl-Hilal” bu keçid üçün “Aston Villa”ya təxminən 50-51 milyon funt sterlinq ödəyəcək.
Qeyd edək ki, Uotkins 2020-ci ildə “Brentford”dan “Aston Villa”ya keçmişdi. İngiltərəli hücumçu Birmingem təmsilçisinin heyətində bütün turnirlərdə 278 oyuna çıxıb, 108 qol vurub. O, 91 qolla “Aston Villa”nın Premyer Liqa tarixində ən məhsuldar futbolçusudur.
Baxış sayı:90
Bu xəbər 31 Avqust 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















