Əl Şaraa İsrailin hücumlarına belə cavab verdi

17.07.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Suriya prezidenti Əhməd Əl Şaraa İsrailin paytaxt Dəməşqə hava zərbələri endirməsindən sonra açıqlama verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Şaraa açıqlamasında "Suriyanın hər qarış torpağını müdafiə edəcəyəm", - deyib. 

Məlumata görə, Suriya lideri  bütün qubernatorlarda "ümumi həyəcan vəziyyəti" barədə məlumat verib və vurğulayıb ki, göstəriş olmadan heç kim hərəkət etməməlidir.

Xatırladaq ki, Suriyanın Sveyda şəhərində baş verən qarşıdurmalar fonunda İsrail paytaxt Dəməşqə hücumlar təşkil edib. İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqdəki Prezident və Baş Qərargah qərargahına hava zərbələri endirib

Suriya Səhiyyə Nazirliyi İsrailin Dəməşqə endirdiyi hava zərbələri nəticəsində 6 nəfərin öldüyünü və 28 nəfərin yaralandığını açıqlayıb.

Gülayə Mecid 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью