Əl Şaraa İsrailin hücumlarına belə cavab verdi
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Suriya prezidenti Əhməd Əl Şaraa İsrailin paytaxt Dəməşqə hava zərbələri endirməsindən sonra açıqlama verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Şaraa açıqlamasında "Suriyanın hər qarış torpağını müdafiə edəcəyəm", - deyib.
Məlumata görə, Suriya lideri bütün qubernatorlarda "ümumi həyəcan vəziyyəti" barədə məlumat verib və vurğulayıb ki, göstəriş olmadan heç kim hərəkət etməməlidir.
Xatırladaq ki, Suriyanın Sveyda şəhərində baş verən qarşıdurmalar fonunda İsrail paytaxt Dəməşqə hücumlar təşkil edib. İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqdəki Prezident və Baş Qərargah qərargahına hava zərbələri endirib
Suriya Səhiyyə Nazirliyi İsrailin Dəməşqə endirdiyi hava zərbələri nəticəsində 6 nəfərin öldüyünü və 28 nəfərin yaralandığını açıqlayıb.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 17 İyul 2025 09:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















