Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan və Qazaxıstan prezidentlərinin dostluq münasibətləri hər iki dost dövlətlər arasındakı siyasi dialoqun yüksək səviyyədə olmasını təsdiq edir.
Məhz iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olmasının nəticəsidir ki, son 3 ildə Prezident İlham Əliyev Qazaxıstana 7, Prezident Kasım-Jomart Tokayev Azərbaycana 6 dəfə səfər etməsi iki dövlət arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin göstəricisidir.
Ölkə Başçımızın Qazaxıstana rəsmi səfəri zamanı hər iki dövlət rəhbərlərinin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriməsi, iclasda dost ölkələrin münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımların müzakirə olunması da hər iki dövlət arasındakı dərin siyasi münasibətlərin yüksələn xətlə davam etdiyindən xəbər verir.
Azərbaycan və Qazaxıstan müstəqillik qazandıqları gündən indiyə kimi istər regionda və istərsə də beynəlxalq aləmdə bir-birinə dəstək verən iki strateji tərəfdaşdır.
Bu gün Azərbaycan ilə Qazaxıstan arasında möhkəm təməllərə əsaslanan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri dövlətlərarası sənədlərdə deyil, real həyatda da Qazaxıstan Azərbaycan Respublikasına dəstəyini hər zaman hiss elətdirib.
2004-cü ilin may ayında Astanada Azərbaycanla Qazaxıstanın strateji tərəfdaşlığı ilə bağlı "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə" imzalanıb.
2005-ci ilin may ayında Bakıda "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə", 2022-ci ilin avqust ayında isə "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə" imzalanıb.