Icma.az
close
up
RU
Əlaqələr strateji tərəfdaşlıq səviyyəsində dinamik inkişaf edir

Əlaqələr strateji tərəfdaşlıq səviyyəsində dinamik inkişaf edir

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan və Qazaxıstan prezidentlərinin dostluq münasibətləri hər iki dost dövlətlər arasındakı siyasi dialoqun yüksək səviyyədə olmasını təsdiq edir. Məhz iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olmasının nəticəsidir ki, son 3 ildə Prezident İlham Əliyev Qazaxıstana 7, Prezident Kasım-Jomart Tokayev Azərbaycana 6 dəfə səfər etməsi iki dövlət arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin göstəricisidir.

Ölkə Başçımızın Qazaxıstana rəsmi səfəri zamanı hər iki dövlət rəhbərlərinin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriməsi, iclasda dost ölkələrin münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımların müzakirə olunması da hər iki dövlət arasındakı dərin siyasi münasibətlərin yüksələn xətlə davam etdiyindən xəbər verir.
Azərbaycan və Qazaxıstan müstəqillik qazandıqları gündən indiyə kimi istər regionda və istərsə də beynəlxalq aləmdə bir-birinə dəstək verən iki strateji tərəfdaşdır. Bu gün Azərbaycan ilə Qazaxıstan arasında möhkəm təməllərə əsaslanan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri dövlətlərarası sənədlərdə deyil, real həyatda da Qazaxıstan Azərbaycan Respublikasına dəstəyini hər zaman hiss elətdirib.
2004-cü ilin may ayında Astanada Azərbaycanla Qazaxıstanın strateji tərəfdaşlığı ilə bağlı "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə" imzalanıb. 2005-ci ilin may ayında Bakıda "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə", 2022-ci ilin avqust ayında isə "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə" imzalanıb.
Qazaxıstanın ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olduğu və bu istiqamətdə real addımlar atdığı oktyabrın 20-də ölkə Ptezidenti İlham Əliyevin dost ölkəyə rəsmi səfəri zamanı bir daha təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanatı”nı, “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair 1 saylı Qərarı”nı və “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2 saylı Qərarı”nı imzalaması, ticari-iqtisadi, nəqliyyat, logistika, həmçinin strateji tərəfdaşlığa dair mühüm sənədlər sənədlərin mübadiləsi Azərbaycan-Qazaxıstan münasibətlərinin bütün müstəvilərdə sürətlə inkişaf etdiyinin təsdiqidir.
Onu da xüsusi olaraq qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsində, Azərbaycanın haqq, ədalət savaşında dost Qazaxıstan beynəlxalq platformalarda həmişə ölkəmizi dəstəkləyib, Azərbaycanla həmrəyliyə səs verib. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri Azərbaycan-Qazaxıstan dostluq münasibətlərini gələcəkdə daha da inkişaf etdirilməsinə mühüm töhfələr verəcək.

Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri