Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan beynəlxalq birliyin bütün üzvləri, o cümlədən Afrika ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələr qurmaq istiqamətində mühüm addımlar atıb.
Həmin illərdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə maraq göstərən Afrika ölkələrindən biri də Əlcəzair Xalq Demokratik Respublikası olub.
Əlcəzair müstəqilliyimizi tanıyan ilk ölkələrdən biridir. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 31 il ötür.
Bu illər ərzində Əlcəzair ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsini birmənalı olaraq dəstəkləyib və bu mövqeyini müxtəlif qətnamələrin qəbulu zamanı nümayiş etdirib.
Azərbaycan Əlcəzair ilə ali və yüksək səviyyədə səfərləri və fəal təmaslar, eləcə də beynəlxalq platformalarda səmərəli əməkdaşlıq, parlamentlərarası əlaqələr və müxtəlif sahələrdə qarşılıqlı əlaqələri yüksək səviyyəyə qaldırıb.
Əlcəzair Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib.
Afrika qitəsinin ən zəngin dövlətlərindən olan Əlcəzairlə ölkəmiz arasında iqtisadi əlaqələr, ticarət dövriyyəsi ildən-ilə artmaqdadır.