Icma.az
close
up
RU
Əlcəzairlə ölkəmizi tale oxşarlığı da yaxınlaşdırır

Əlcəzairlə ölkəmizi tale oxşarlığı da yaxınlaşdırır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan beynəlxalq birliyin bütün üzvləri, o cümlədən Afrika ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələr qurmaq istiqamətində mühüm addımlar atıb. Həmin illərdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə maraq göstərən Afrika ölkələrindən biri də Əlcəzair Xalq Demokratik Respublikası olub. Əlcəzair müstəqilliyimizi tanıyan ilk ölkələrdən biridir. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 31 il ötür.

Bu illər ərzində Əlcəzair ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsini birmənalı olaraq dəstəkləyib və bu mövqeyini müxtəlif qətnamələrin qəbulu zamanı nümayiş etdirib.

Azərbaycan Əlcəzair ilə ali və yüksək səviyyədə səfərləri və fəal təmaslar, eləcə də beynəlxalq platformalarda səmərəli əməkdaşlıq, parlamentlərarası əlaqələr və müxtəlif sahələrdə qarşılıqlı əlaqələri yüksək səviyyəyə qaldırıb. Əlcəzair Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib.

Afrika qitəsinin ən zəngin dövlətlərindən olan Əlcəzairlə ölkəmiz arasında iqtisadi əlaqələr, ticarət dövriyyəsi ildən-ilə artmaqdadır. Azərbaycanda xidmət, ticarət və kənd təsərrüfatı sahələrində Əlcəzair şirkətləti fəaliyyət göstərirlər, energetika və iqtisadi sahələrdə əməkdaşlıq inkişaf etdirilir. İki ölkə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq həyata keçirirlər. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində ölkəmizə bütün sahələrdə dəstək göstərən dövlətlərdən biri məhz Əlcəzair olub.

Azərbaycan kimi Əlcəzair də işğala məruz qalıb, misli görünməmiş qəddarlıq, insanlıq əleyhinə cinayətlərlə üzləşib. 1830-1962-ci illəri əhatə edən Fransa işğalı dövründə 1,5 milyondan artıq əlcəzairli fransızlar tərəfindən qətlə yetirilib. Ümumilikdə, 10 milyona yaxın əlcəzairlinin fransız müstəmləkə dövrünün qurbanı olduğu bildirilir.

ARAYIŞ: 1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab müstəqilliyin əldə edilməsi ilə başa çatdı. Bir əsrdən artıq davam edən amansız müstəmləkəçilik siyasətinə, misli görünməmiş zorakılığa, insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq Əlcəzair, nəhayət, azadlıq əldə edib. 1962-ci ilin martında Fransa atəşin dayandırılması haqqında Evian sazişini imzalayıb və Əlcəzairin müstəqilliyini tanıyıb. 1962-ci ilin sentyabrında Əlcəzair Xalq Demokratik Respublikası elan edilib.

* * *

Bəli, Əlcəzairlə Azərbaycanı oxşar tale birləşdirir. Bu gün üzləşdikləri haqsızlıqlarda da bənzərlik çoxdur. Hər iki müsəlman ölkəsinin dinc sakinləri eyni dinin və əqidənin daşıyıcısı olan Fransa və Ermənistanın soyqırımı siyasətindən bu gün əziyyət çəkirlər. Təəssüf ki, hər iki halda reallığa qərəzli yanaşma da var. Türkiyəni “erməni soyqırımı” törətməkdə ittiham edən, Xocalı soyqırımını isə görməzdən gələn Qərb Fransanın Əlcəzairdə törətdiyi qətliamlara göz yumur.

Haqq-ədalətin bərqərar olmasını əsas tutan ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə və hazırda keçmiş imperiyaların müstəmləkə üsul-idarəsindən əziyyət çəkən xalqların azadlığı və suverenliyi işinə dəstək verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Bakı Sammitində vurğulayıb ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm verilməlidir. Müstəmləkəçi dövlət Fransa Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməli və məsuliyyətini etiraf etməlidir.

Azərbaycan, eyni zamanda, Fransanın hələ də neokolonial hökmranlıq siyasətindən əziyyət çəkən keçmiş müstəmləkə ölkələrinin, o cümlədən Afrikada yerləşən Niger, Mali, Burkina-Faso, Seneqal və s. kimi ölkələrin öz hüquqları və suverenlikləri uğrunda, həmçinin fransız imperialist hökmranlığından xilas olmaq üçün apardıqları mübarizəyə dəstək verməkdədir. Artıq Bakı şəhəri Fransa tərəfindən hüquqları tapdanan ölkələrin və azsaylı xalqların öz azadlıqları uğrunda bir araya gəldiyi beynəlxalq platformaya çevrilib. Ölkəmizin təşəbbüsü ilə keçirilən çoxsaylı beynəlxalq konfrans və forumlara Afrikanın keçmiş müstəmləkə ölkələrinin nümayəndələri də qatılaraq Fransanın neokolonial siyasətini ifşa edir, buna kəskin etirazlarını bildirirlər.

Naxçıvan Dövlət Universitetinin “Ümumi hüquq” kafedrasının müəllimi Yunis Xəlilov mövzu ilə bağlı XQ-yə bildirdi ki, Azərbaycan xarici siyasətində Afrika ölkələri ilə əlaqələrin inkişafına hər zaman xüsusi önəm verib: “Bu istiqamətdə Əlcəzair ilə münasibətlər strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, Fransa istibdadından əziyyət çəkmiş Afrika ölkələri ilə qurulan münasibətlər Azərbaycanın qlobal ədalətin bərpasına yönəlmiş siyasətinin təzahürüdür.

Əlcəzair 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanımış, 1994-cü il aprelin 22-də isə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Bu münasibətlər zamanla siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişlənməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Əlcəzairdəki səfirliyi 2016-cı ildən fəaliyyət göstərir. 2015-ci ildən isə Əlcəzairin Bakıda diplomatik ofisi fəaliyyətə başlayıb. 2019-cu ildə ölkəmizdə Əlcəzair səfirliyi təsis olunub. Bu günədək iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və siyasi məsləhətləşmələr həyata keçirilib. 2023-cü ilin noyabrında Bakıda keçirilən ilk siyasi məsləhətləşmələr bu əlaqələrin dərinləşməsində mühüm rol oynayıb. Həmçinin Azərbaycan və Əlcəzair parlamentləri arasında dostluq qrupları fəaliyyət göstərirlər”.

* * *

Əlcəzairin Azərbaycana yatırdığı investisiyalar və burada fəaliyyət göstərən şirkətlər iqtisadi əlaqələrin inkişafını göstərir. Ölkəmizin Əlcəzairlə dostluq və əməkdaşlıq münasibətlərində hüquqi əlaqələr də xüsusi yer tutur. Hələ 2017-ci ildə iki ölkənin Ədliyyə Nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması ikitərəfli münasibətlərin inkişafına güclü təkan verib.

Göründüyü kimi, Azərbaycanın Əlcəzair və Fransa istibdadından əziyyət çəkmiş Afrika ölkələri ilə münasibətləri, ölkəmizin beynəlxalq siyasətdə ədalət və həmrəylik prinsiplərinə sadiqliyinin göstəricisidir. Bu münasibətlər, həm ikitərəfli, həm də çoxtərəfli formatda davam etdirilərək, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edir.

Azər MUSTAFAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri