Elçin Əmirbəyov: Azərbaycan Çinlə energetika sahəsində əməkdaşlıqda maraqlıdır

25.11.2026

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Azərbaycan bərpa olunan enerji sahəsində Çin şirkətləri ilə əməkdaşlıqda, eləcə də ərzaq təhlükəsizliyi məsələlərində onun texnoloji nailiyyətlərindən və təcrübəsindən istifadə etməkdə maraqıdır.
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "China Daily"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə Çin Sədri Si Cinpin tərəfindən BMT Baş Assambleyasının 76-cı sessiyasında irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünün əsas istiqamətləri Azərbaycanın 2030-cu ilədək İnkişaf Strategiyasının prioritetləri ilə üst-üstə düşür. E.Əmirbəyov qeyd edib ki, bu, diqqətin ikitərəfli əməkdaşlığın konkret praktiki nəticələrinin əldə olunmasına yönəldilməsi vəzifəsini əhəmiyyətli dərəcədə asanlaşdırır.
E.Əmirbəyov bildirib ki, Azərbaycan modernləşməyə, rəqəmsal inkişafa və "yaşıl iqtisadiyyat"a keçidə böyük diqqət yetirir, ərzaq təhlükəsizliyi də milli strategiyanın əsas istiqamətləri sırasına daxildir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью