Elçin Əmirbəyov: Azərbaycan Çinlə energetika sahəsində əməkdaşlıqda maraqlıdır
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan bərpa olunan enerji sahəsində Çin şirkətləri ilə əməkdaşlıqda, eləcə də ərzaq təhlükəsizliyi məsələlərində onun texnoloji nailiyyətlərindən və təcrübəsindən istifadə etməkdə maraqıdır.
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "China Daily"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə Çin Sədri Si Cinpin tərəfindən BMT Baş Assambleyasının 76-cı sessiyasında irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünün əsas istiqamətləri Azərbaycanın 2030-cu ilədək İnkişaf Strategiyasının prioritetləri ilə üst-üstə düşür. E.Əmirbəyov qeyd edib ki, bu, diqqətin ikitərəfli əməkdaşlığın konkret praktiki nəticələrinin əldə olunmasına yönəldilməsi vəzifəsini əhəmiyyətli dərəcədə asanlaşdırır.
E.Əmirbəyov bildirib ki, Azərbaycan modernləşməyə, rəqəmsal inkişafa və "yaşıl iqtisadiyyat"a keçidə böyük diqqət yetirir, ərzaq təhlükəsizliyi də milli strategiyanın əsas istiqamətləri sırasına daxildir.
Bu mövzuda digər xəbərlər:“Azərbaycan Çinlə əməkdaşlıqda regionun mühüm tranzit ölkəsinə çevrilir” Elçin Mirzəbəyli
01 Sentyabr 2025 12:05
Elçin Əmirbəyov: Azərbaycan Belçika ilə əməkdaşlığa maraqlıdır
10 Dekabr 2025 16:41
Çinlə əməkdaşlıqda yeni perspektivlər
05 May 2025 09:07
Səfir: Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır
02 May 2026 14:26
Sandu: Moldova Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır
12 Noyabr 2026 14:00
Baxış sayı:83
Bu xəbər 25 Noyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















