Elçin Məsiyev Konfrans Liqası oyununu idarə etdi

29.11.2024

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA Konfrans Liqası oyununu idarə edib.

QOL.az xəbər verir ki, o, Liqa mərhələsinin 4-cü turunda keçirilən “Serkle Brügge” (Belçika) – “Harts” (Şotlandiya) oyununun baş hakimi olub.

Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək ediblər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirib.

Oyun “Serkle Brügge”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Elçin Məsiyev meydan sahiblərinin bir, qonaqların isə iki futbolçusuna sarı vərəqə göstərib.

Qeyd edək ki, “Serkle Brügge” 7 xalla 11-ci, "Harts" isə 6 xalla 17-ci pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью