Elçin Məsiyev Konfrans Liqası oyununu idarə etdi
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanlı FİFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA Konfrans Liqası oyununu idarə edib.
QOL.az xəbər verir ki, o, Liqa mərhələsinin 4-cü turunda keçirilən “Serkle Brügge” (Belçika) – “Harts” (Şotlandiya) oyununun baş hakimi olub.
Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək ediblər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirib.
Oyun “Serkle Brügge”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Elçin Məsiyev meydan sahiblərinin bir, qonaqların isə iki futbolçusuna sarı vərəqə göstərib.
Qeyd edək ki, “Serkle Brügge” 7 xalla 11-ci, "Harts" isə 6 xalla 17-ci pillədə qərarlaşıb.
Baxış sayı:63
Bu xəbər 29 Noyabr 2024 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















