Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Halbuki, dünənə qədər “Porsche” tam əksini deyərək, bildirirdi ki, konveyerlərindən çıxan avtomobillərin maksimin 20%-i ənənəvi yanacaqla işləyəcək.
İndi isə konsernin rəhbərləri bu siyasəti ciddi səhv olduğu qənaətinə gəliblər.
Onların fikrincə, benzin mühərrikləri hələ uzun müddət bazarda qalacaq.
Ona görə, 2030-cu ildən sonra da “Cayenne”və “Panamera” modelləri üçün V-8 mühərriklərinin istehsalını davam etdirəcəklər.
“Porsche” bu baxımdan tək deyil: “Ford”, “General Motors”, “Volkswagen” və “Volvo” kimi böyük istehsalçılar da benzindən imtinanın səhv olduğunu getdikcə daha ucadan bəyan edirlər.
Əsas səbəb elektromobillərə tələbatın aşağı olması və bazarın bu seqmentində Çinin avtomobil istehsalçıları ilə rəqabət apara bilməmələridir.
Nəticədə milyardlarla dollar ziyana düşürlər. Bəs Avropanın “yaşıl gündəliyi” necə olsun?