Icma.az, Avtosfer portalına istinadən məlumat yayır. Bir çox ölkələr artıq uzun müddətdir ki, elektromobil sektoruna ciddi sərmayələr yatırı
Məsələn, Rusiyada da bu sahənin inkişafı üçün külli miqdarda maliyyə vəsaiti ayrılmışdı.
Lakin müxtəlif səbəblərdən həmin layihə yarımçıq qaldı. Azərbaycanda isə elektromobillərin inkişaf etdirilməsi istiqamətində müəyyən addımla
Bəs ölkəmizdə bu sahədəki real vəziyyət və gələcək perspektivlər nə dərəcədə ümidvericidir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanda elektromobillərin idxalı və ölkə daxilində istismarı ilə bağlı bir sıra stimullaşdırıcı addımlar atılıb: “Məlum olduğu kimi, elektromobillər gömrük rüsumlarından azaddır.
Həmçinin, vətəndaşlar tərəfindən bu nəqliyyat vasitələrinin alınması və istifadəsinin təşviqi məqsədilə müxtəlif ictimailəşdirici tədbirlər həyata keçirilib.
Bu təşəbbüslərdən ən vaciblərindən biri isə Azərbaycan Mərkəzi Bankının elektromobil almaq istəyən vətəndaşlar üçün kredit şərtlərinin sadələşdirilməsi ilə bağlı təklifi olub.
Hazırda elektromobil almaq istəyən şəxs avtomobilin ümumi dəyərinin cəmi 10% ilkin ödəniş kimi təqdim edir.