Icma.az
close
up
RU
“Elektromobil almaq istəyənlərə daha çox güzəştlər edilməlidir” EKSPERTDƏN AÇIQLAMA FOTO

“Elektromobil almaq istəyənlərə daha çox güzəştlər edilməlidir” EKSPERTDƏN AÇIQLAMA FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bir çox ölkələr artıq uzun müddətdir ki, elektromobil sektoruna ciddi sərmayələr yatırır. Məsələn, Rusiyada da bu sahənin inkişafı üçün külli miqdarda maliyyə vəsaiti ayrılmışdı. Lakin müxtəlif səbəblərdən həmin layihə yarımçıq qaldı. Azərbaycanda isə elektromobillərin inkişaf etdirilməsi istiqamətində müəyyən addımlar atılır.

Bəs ölkəmizdə bu sahədəki real vəziyyət və gələcək perspektivlər nə dərəcədə ümidvericidir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanda elektromobillərin idxalı və ölkə daxilində istismarı ilə bağlı bir sıra stimullaşdırıcı addımlar atılıb:


“Məlum olduğu kimi, elektromobillər gömrük rüsumlarından azaddır. Həmçinin, vətəndaşlar tərəfindən bu nəqliyyat vasitələrinin alınması və istifadəsinin təşviqi məqsədilə müxtəlif ictimailəşdirici tədbirlər həyata keçirilib.

Bu təşəbbüslərdən ən vaciblərindən biri isə Azərbaycan Mərkəzi Bankının elektromobil almaq istəyən vətəndaşlar üçün kredit şərtlərinin sadələşdirilməsi ilə bağlı təklifi olub. Hazırda elektromobil almaq istəyən şəxs avtomobilin ümumi dəyərinin cəmi 10% ilkin ödəniş kimi təqdim edir. İllik faiz dərəcələri isə 9%-dən başlayır. Bu, çox mühüm addımdır, lakin bu tədbirlər hələ kifayət deyil. Elektromobillərin geniş yayılması üçün əlavə stimullaşdırıcı addımlar da atılmalıdır.

Eyni zamanda, elektromobillərin ölkəyə idxalı və satışı prosesinə də ciddi nəzarət edilməlidir. Əvvəla, ölkəyə yalnız rəsmi nümayəndəlikləri olan elektromobil markaları gətirilməlidir. Çünki qeyri-rəsmi yollarla gətirilmiş elektromobillər sonradan batareya və akkumulyator problemləri ilə üzləşə bilər və texniki xidmətin göstərilməsi çətinləşə bilər”.


Ekspertin fikrincə, bundan əlavə, elektromobilləri ölkəyə gətirən və satan şirkətlərlə də müəyyən razılaşdırmalar aparılmalıdır:
“Bu şirkətlər bəzi hallarda qiymətləri süni şəkildə yüksəldirlər və nəticədə dövlətin gömrük rüsumlarını ləğv etməsi vətəndaş üçün real güzəştə çevrilmir. Məqsəd odur ki, vətəndaş elektromobili daha münasib və əlçatan qiymətlə əldə edə bilsin.

Elektromobillərlə bağlı digər vacib məsələ isə sığorta haqlarıdır. Elektrikli avtomobil sahibləri üçün icbari sığorta tarifləri azaldılmalı, ən azı 50% güzəşt tətbiq edilməlidir. Bu da elektromobillərin alınmasını daha cəlbedici edəcək.

Eyni zamanda, enerji doldurma məntəqələri qurmaq istəyən sahibkarlar üçün də subsidiyalar ayrılmalı, onlara şərait yaradılmalı və heç bir bürokratik əngəl tətbiq edilməməlidir. Xüsusilə də Bakıdan kənarda, rayon və şəhərlərdə elektromobillərin istifadəsini genişləndirmək üçün bu məntəqələrin sayı artırılmalıdır”.
Eldəniz Cəfərli sonda qeyd edib ki, elektromobillərin gələcəyinə gəldikdə, artıq sevindirici haldır ki, Azərbaycan məşhur bir xarici şirkətlə elektrobus istehsalı sahəsində əməkdaşlıq edir:

“Hal-hazırda ictimai nəqliyyatda 161 ədəd elektrobus istismardadır. Bu ilin sonuna qədər bu sayın 250-yə çatacağı gözlənilir. Bu isə ölkəmizdə elektromobillərin istehsalı və istifadəsi baxımından önəmli addımdır.

Elektromobil sektorunun inkişafı üçün infrastruktur qurulmalı, qiymət siyasəti təkmilləşdirilməli, və ən əsası, yeni güzəştlər tətbiq edilməlidir. Əgər bu məsələlərə zamanında diqqət yetirilməzsə, ölkədə elektromobillərin yayılması və sektorda şaxələnmə çox yavaş templə davam edəcək”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Aprel 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri