Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı, 27 noyabr, AZƏRTAC Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnsti
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Mövzuya dair çıxış edən institutun doktorantı Elvin Qurbanov tədqiqat işi çərçivəsində fərd
Bildirib ki, bu yanaşmalar xüsusən səmərəli idarəetmə qərarlarının qəbul edilməsinə imkan yaradacaq.
O, dissertasiya işinin məqsədinin e-demoqrafiya sistemində toplanan fərdi məlumatların çoxparametrli analizi üçün səmərəli model və alqoritmlərin işlənməsindən ibarət olduğunu diqqətə çatdırıb.
Rəqəmsal dövlət anlayışı haqqında məlumat verən məruzəçi onun müasir dövrdə dövlətin fəaliyyətlərinin və xidmətlərinin rəqəmsal texnologiyalar vasitəsilə həyata keçirilməsini ifadə edən bir konsepsiya olduğunu söyləyib.
Bildirib ki, bu yanaşma dövlətin vətəndaşlara göstərdiyi xidmətləri daha effektiv, şəffaf və əlçatan etməyə yönəlib.
Tədqiqatçı rəqəmsal transformasiyanın dövlət qurumlarında xidmətlərin genişləndirilməsində və e-iştirakın gücləndirilməsində mühüm rol oynadığını bildirib.
Məruzəçinin sözlərinə görə, hökumətlər getdikcə bulud hesablamaları və süni intellekt əsasında verilənlərin idarə olunması kimi innovativ həllərə üstünlük verirlər.