Icma.az
close
up
RU
Elektron demoqrafiya platformasında fərdlərin klasterləşdirilməsi məsələləri araşdırılır AZƏRTAC

Elektron demoqrafiya platformasında fərdlərin klasterləşdirilməsi məsələləri araşdırılır AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 27 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “E-demoqrafiya platformasında fərdlərin çoxparametrli klasterləşdirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda aparılan araşdırımaların nəticələri müzakirə olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Mövzuya dair çıxış edən institutun doktorantı Elvin Qurbanov tədqiqat işi çərçivəsində fərdlərin demoqrafik məlumatlarının müxtəlif parametrlər üzrə klasterləşdirilməsi üçün yeni metodların işlənilməsinin nəzərdə tutulduğunu qeyd edib. Bildirib ki, bu yanaşmalar xüsusən səmərəli idarəetmə qərarlarının qəbul edilməsinə imkan yaradacaq. O, dissertasiya işinin məqsədinin e-demoqrafiya sistemində toplanan fərdi məlumatların çoxparametrli analizi üçün səmərəli model və alqoritmlərin işlənməsindən ibarət olduğunu diqqətə çatdırıb.

Rəqəmsal dövlət anlayışı haqqında məlumat verən məruzəçi onun müasir dövrdə dövlətin fəaliyyətlərinin və xidmətlərinin rəqəmsal texnologiyalar vasitəsilə həyata keçirilməsini ifadə edən bir konsepsiya olduğunu söyləyib. Bildirib ki, bu yanaşma dövlətin vətəndaşlara göstərdiyi xidmətləri daha effektiv, şəffaf və əlçatan etməyə yönəlib.

Tədqiqatçı rəqəmsal transformasiyanın dövlət qurumlarında xidmətlərin genişləndirilməsində və e-iştirakın gücləndirilməsində mühüm rol oynadığını bildirib.

Məruzəçinin sözlərinə görə, hökumətlər getdikcə bulud hesablamaları və süni intellekt əsasında verilənlərin idarə olunması kimi innovativ həllərə üstünlük verirlər. Qeyd olunan texnologiyalar sistemin funksionallığını və istifadəçi təcrübəsini təkmilləşdirmək baxımından əhəmiyyətlidir.

Tədqiqatçı yeni dövlət yanaşmaları barədə məlumat verərək, ağıllı, koqnitiv, çevik və adaptiv, eləcə də “qüsursuz” dövlət anlayışlarını izah edib.

O qeyd edib ki, e-dövlət sahəsində əldə olunan nailiyyətlərə baxmayaraq, rəqəmsal fərqlilik hələ də mövcuddur və inkişaf etməkdə olan ölkələrdə daha da dərinləşə bilər. E.Qurbanov bu səbəbdən hökumətlərin uzunmüddətli milli rəqəmsal transformasiya planları hazırlamasının zəruriliyinə toxunub.

Tədqiqatçı demoqrafik tədqiqatlar sahəsində ilkin məlumatların əldə edilməsi mənbələri haqqında da məlumat verib. Bildirib ki, buraya əhalinin siyahıyaalınması, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, miqrasiya məlumatları, ev təsərrüfatı sorğuları, sosial media və rəqəmsal mənbələr aiddir.

O, həmçinin e-demoqrafiya ilə ənənəvi demoqrafiya arasındakı fərqlər, e-demoqrafiyanın əsas üstünlükləri, klasterləşdirmə metodları və bu metodların müqayisəli analizi haqqında məlumatları diqqətə çatdırıb.

Sonra tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.

Mövzuya dair çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev tədqiqat işinin müasir dövrdə böyük aktuallıq kəsb edən elmi problemlərə həsr olunduğunu qeyd edərək, dissertasiya işi çərçivəsində e-demoqrafiya sisteminin formalaşdırılması, dövlətin ayrı-ayrı qurumlarının, cəmiyyətin tələbatının ödənilməsinə xidmət edən, süni intellekt texnologiyalarına əsaslanan çoxməqsədli intellektual sistemin yaradılmasının önəminə toxunub. Akademik R.Əliquliyev cəmiyyətin idarə olunmasına dəstək verilməsi baxımından müxtəlif sosial sahələrdə, bölgələrdə insanların özünün inkişaf səviyyəsinin qiymətləndirilməsi üçün intellektual metodların işlənilməsinə ehtiyac olduğunu vurğulayıb. Baş direktor bu istiqamətdə aparılan tədqiqatların davam etdirilməsini və əldə olunan nəticələrin nüfuzlu jurnallara təqdim olunmasını tövsiyə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri