Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Suriyanın keçmiş prezidenti, hazırda Rusiyaya sığınmış Bəşər Əsədin tərəfdarları yenidən fəallaşıb.
Reyting.az "Reuters" agentliyinə istinadla xəbər verir ki, Əsəd tərəfdarları Suriyanın indiki hakimiyyətinə qarşı üsyan hazırlayırlar.
Məlumata görə, Əsəd rejiminə sadiq keçmiş məmurlardan biri, kəşfiyyat rəhbəri olmuş Kamil Həsənlə Əsədin əmisi oğlu Rami Mahluf ələvilərdən ibarət, sayı 50 min nəfərə yaxın olan silahlı qrupu maliyyələşdirir və onların dəstəyini qazanmağa çalışırlar.
Ehtimal edilir ki, əsas məqsəd Suriya hakimiyyətini zəiflətmək üçün ölkənin sahil bölgələrində yerləşən yeraltı komanda məntəqələrinə, həmçinin silah anbarlarına hücuma keçib nəzarəti ələ almaqdır.
Bildirilir ki, əslində, iki fiqur ayrılıqda fəaliyyət göstərir, üstəlik, onların arasında gərginlik var.
Suriyanın yeni hakimiyyəti bu gizli planlardan xəbərdardır və bunun qarşısını almaq üçün Əsəd ordusunun keçmiş vəzifəlisi, yüksək rütbəli zabiti Xalid əl-Əhmədi danışıqlar üçün işə cəlb edib.
O, ələviləri Əhməd əş-Şaraa hökuməti ilə əməkdaşlığa razı salmaq üçün vasitəçi olacaq.