Icma.az
close
up
RU
Ələvilər Əsədi yenidən hakimiyyətə gətirmək istəyirlər

Ələvilər Əsədi yenidən hakimiyyətə gətirmək istəyirlər

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyanın keçmiş prezidenti, hazırda Rusiyaya sığınmış Bəşər Əsədin tərəfdarları yenidən fəallaşıb.

Reyting.az "Reuters" agentliyinə istinadla xəbər verir ki, Əsəd tərəfdarları Suriyanın indiki hakimiyyətinə qarşı üsyan hazırlayırlar.

Məlumata görə, Əsəd rejiminə sadiq keçmiş məmurlardan biri, kəşfiyyat rəhbəri olmuş Kamil Həsənlə Əsədin əmisi oğlu Rami Mahluf ələvilərdən ibarət, sayı 50 min nəfərə yaxın olan silahlı qrupu maliyyələşdirir və onların dəstəyini qazanmağa çalışırlar. Ehtimal edilir ki, əsas məqsəd Suriya hakimiyyətini zəiflətmək üçün ölkənin sahil bölgələrində yerləşən yeraltı komanda məntəqələrinə, həmçinin silah anbarlarına hücuma keçib nəzarəti ələ almaqdır.

Bildirilir ki, əslində, iki fiqur ayrılıqda fəaliyyət göstərir, üstəlik, onların arasında gərginlik var.

Suriyanın yeni hakimiyyəti bu gizli planlardan xəbərdardır və bunun qarşısını almaq üçün Əsəd ordusunun keçmiş vəzifəlisi, yüksək rütbəli zabiti Xalid əl-Əhmədi danışıqlar üçün işə cəlb edib. O, ələviləri Əhməd əş-Şaraa hökuməti ilə əməkdaşlığa razı salmaq üçün vasitəçi olacaq.

"Reuters" yazır ki, Bəşər Əsəd elə də nikbin deyil və o, artıq Moskvadakı həyatla barışıb, ölkəsinə qayıtmaq planı da yoxdur.

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd bir il əvvəl devriləndən sonra ölkədən qaçmış və Rusiyaya sığınmışdı. Yeni qurulan Suriya hökuməti onun ekstradisiyasını tələb etsə də, Moskva hələlik buna razılıq vermir.

Əhalinin cəmi 10 faizini təşkil edən suriyalı ələvilər Əsəd dövründə əsas hakim güc idi. Bu ilin mart ayında isə ələvilərin yaşadıqları əyalətlərdə baş verən silahlı üsyan çox sərt şəkildə yatırılmış, toqquşmalar nəticəsində minlərlə insan həlak olmuşdu.

Oqtay QORÇU


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Dekabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri