“Əli balamın ilk təbriklərini xatırlayıram, mənim acılarımı heç bir qadın yaşamasın” | Icm…
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. “Bu gün 8 mart-Beynəlxalq Qadınlar günüdür.
Bu gün bütün dünyada xanımların günü sayılır. Bu gün xanımlar heç vaxt olmadığı xoşbəxtliyi yaşamalıdırlar.
Xüsusilə analarımızın əllərindən öpürəm, şəhid analarımıza Allahdan səbr və sağlam can arzulayıram.
Onların bu bayramını təbrik etmək istəyirəm. Bəlkə də onların övladları bu bayramda onları hər kəsdən birinci təbrik edərdi.
Mən də Əli balamı itirəndən sonra onun ilk təbriklərini xatırlayıram. Tez-tez yadıma düşür.
Gözəl xanımları, körpə qız balalarımızı ürəkdən təbrik edirəm.
Hər 8 martda onlar sevdikləri, arzuladıqları həyata xoşbəxtliklə yetişsinlər” Bunu Moderator.az -a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib.
O daha sonra əlavə edib: “Mən qadınlarımızı xoşbəxt görmək istəyirəm, güclü yox.
Tam oxu
Xəbəri oxu