Icma.az
close
up
RU
“Əli balamın ilk təbriklərini xatırlayıram, mənim acılarımı heç bir qadın yaşamasın”

“Əli balamın ilk təbriklərini xatırlayıram, mənim acılarımı heç bir qadın yaşamasın”

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Bu gün 8 mart-Beynəlxalq Qadınlar günüdür. Bu gün bütün dünyada xanımların günü sayılır. Bu gün xanımlar heç vaxt olmadığı xoşbəxtliyi yaşamalıdırlar. Xüsusilə analarımızın əllərindən öpürəm, şəhid analarımıza Allahdan səbr və sağlam can arzulayıram. Onların bu bayramını təbrik etmək istəyirəm. Bəlkə də onların övladları bu bayramda onları hər kəsdən birinci təbrik edərdi. Mən də Əli balamı itirəndən sonra onun ilk təbriklərini xatırlayıram. Tez-tez yadıma düşür. Gözəl xanımları, körpə qız balalarımızı ürəkdən təbrik edirəm. Hər 8 martda onlar sevdikləri, arzuladıqları həyata xoşbəxtliklə yetişsinlər”

Bunu Moderator.az -a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib. O daha sonra əlavə edib:

“Mən qadınlarımızı xoşbəxt görmək istəyirəm, güclü yox. Yenidən səhnəyə qayıdandan bu günə qədər, artıq 4 ildir hər gün deyirəm ki, mən qadınlarımızı möhkəm yox, güclü yox, xoşbəxt, sağlam, hər zaman üzündə təbəssüm, gözəl görmək istəyirəm. Çünki güclü qadının çiləsi çoxdur. Başına gələn başmaqçı olar. O çilələri çəkib də bərkiyən bacının, ananın, sənətkarın biri də mənəm. Mən xanımlarımıza arzu etmirəm ki, mənim qədər çilə çəksin. Allah etməsin! Arzulayıram ki, övladları, nəvələri daim onların nəvazişini çəksinlər. Gözəl xanımlar, xoşbəxt olun. Xoşbəxt olun ki, gələcək nəsillər də xoşbəxt olsun. Onlar ailədə aqressiya görməsinlər. Əgər bir ailədə ananın xoşbəxtliyi varsa, inanın mənə övladlar da xoşbəxtdir” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, qadının xoşbəxtliyi bəzi hallarda öz əlində olur, amma onu qoruyub saxlaya bilmir:

“Mən elə ailələr gördüm ki, xanımlar öz əliylə xoşbəxtliyi özlərindən uzaqlaşdırır. Gözəl ailəsini, onu sevən övladlarını, doğmalarını nələrəsə qurban verirlər. Əlbəttə ki, bu bəzi xanımlara aiddir. Mən o xanımlara səbr arzulayıram. Heç olmasa öz xoşbəxtliklərinə görə ailələrini, övladlarını, doğmalarını qorusunlar. Onlara sadiq olan həyat yoldaşlarını heç bir zaman dünya malına, müvəqqəti hisslərə dəyişməsinlər. Çünki o yolla qazanılan xoşbəxtliyi nə vaxtsa itirəcəklər. Hər zaman öz övladları, öz ailələrini düşünsünlər. Səbrli olsunlar. Qadın keşməkeşli yollardan keçməyə adət edir. Bir qadın xoşbəxt yaşayırsa, o xoşbəxtlik ondan uzaq düşürsə, mən düşünürəm ki, qadının öz səhvi, günahı ucbatından olur. Sonrakı peşmanlıq fayda verməz. Şeytanı özünüzdən uzaqlaşdırın” deyə sənətkar bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Mart 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see229

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see207

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see185

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see170

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see146

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see136

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see135

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see133

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see129

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see127

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see127

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see126

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see125

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see124

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see124

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see123

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri