Əli bәy Hüseynzadә türkçülüyün ideoloqu | Icma.az
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq. Birinci Türkoloji Qurultay – 100 XIX–XX əsr Türk dünyasının böyük fikir adamlarından,
Türk dünyasının mədəni intibahının, milli kimlik şüurunun formalaşmasında misilsiz rol oynayan Əli bəy 1864-cü ildə Salyan şəhərində doğulmu
Tiflis klassik gimnaziyasında təhsil almış, sonra Peterburq Universitetində təbiət elmləri və tibb fakültəsində oxumuşdur.
Burada həm rus, həm də Avropa elmi-fəlsəfi fikri ilə yaxından tanış olmuş, eyni zamanda, Osmanlı və İslam dünyasındakı milli azadlıq ideyalarına maraq göstərmişdir.
Təhsilini başa vurduqdan sonra bir müddət İstanbulda Darülfünun Universitetində professor kimi fəaliyyət göstərmiş, elmi və ədəbi çevrələrdə böyük nüfuz qazanmışdır.
Əli bəy Hüseynzadə həkim, filosof, dilçi, rəssam, publisist və siyasətçi idi.
O, elmi fəaliyyətində türk xalqlarının mənşəyi, dil və mədəniyyət birliyi, İslam və Qərb dəyərlərinin uzlaşdırılması kimi məsələlərə diqqət yetirmişdir.
İstanbulda nəşr olunan “Türk yurdu” jurnalının əsas yaradıcılarından biri olmuş, Ziya Gökalp, İsmayıl bəy Qaspıralı, Əhməd Ağaoğlu kimi ideya dostları ilə birgə türkçülük hərəkatının əsas nəzəri istiqamətlərini formalaşdırmışdır.
Tam oxu
Xəbəri oxu