Icma.az
close
up
RU
Əli bәy Hüseynzadә türkçülüyün ideoloqu

Əli bәy Hüseynzadә türkçülüyün ideoloqu

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Birinci Türkoloji Qurultay – 100

XIX–XX əsr Türk dünyasının böyük fikir adamlarından, ideoloqlarından, alim, publisist və rəssamlarından biri olan Əli bəy Hüseynzadə (1864–1940) yalnız Azərbaycan milli oyanış hərəkatının deyil, ümumən, türkçülük və turançılıq ideyasının elmi-nəzəri əsaslarını yaradan şəxsiyyətlərdən idi.

Türk dünyasının mədəni intibahının, milli kimlik şüurunun formalaşmasında misilsiz rol oynayan Əli bəy 1864-cü ildə Salyan şəhərində doğulmuşdur. Tiflis klassik gimnaziyasında təhsil almış, sonra Peterburq Universitetində təbiət elmləri və tibb fakültəsində oxumuşdur. Burada həm rus, həm də Avropa elmi-fəlsəfi fikri ilə yaxından tanış olmuş, eyni zamanda, Osmanlı və İslam dünyasındakı milli azadlıq ideyalarına maraq göstərmişdir. Təhsilini başa vurduqdan sonra bir müddət İstanbulda Darülfünun Universitetində professor kimi fəaliyyət göstərmiş, elmi və ədəbi çevrələrdə böyük nüfuz qazanmışdır.

Əli bəy Hüseynzadə həkim, filosof, dilçi, rəssam, publisist və siyasətçi idi. O, elmi fəaliyyətində türk xalqlarının mənşəyi, dil və mədəniyyət birliyi, İslam və Qərb dəyərlərinin uzlaşdırılması kimi məsələlərə diqqət yetirmişdir. İstanbulda nəşr olunan “Türk yurdu” jurnalının əsas yaradıcılarından biri olmuş, Ziya Gökalp, İsmayıl bəy Qaspıralı, Əhməd Ağaoğlu kimi ideya dostları ilə birgə türkçülük hərəkatının əsas nəzəri istiqamətlərini formalaşdırmışdır.

Bənzərsiz elmi və publisistik fəaliyyəti ilə ümumtürk mənəvi dəyərlərinin araşdırılması və yayılmasına böyük töhfə verən Əli bəy Hüseynzadə XX əsrin əvvəllərində Azərbaycan milli düşüncəsinin formalaşmasında mühüm rol oynamışdır. “Kaspi” və “Həyat” qəzetlərində fəaliyyət göstərərək Türk dünyasının tərəqqisi, maarifin inkişafı və milli özünüdərkin zəruriliyi haqqında dərin məzmunlu məqalələr yazmışdır.

1906-cı il noyabrın 1-də onun rəhbərliyi ilə nəşrə başlayan “Füyuzat” jurnalı Azərbaycan ictimai fikir tarixində yeni bir mərhələnin əsasını qoydu, milli ideologiyanın formalaşmasına zəmin yaratdı. Onun ideoloji baxışlarının əsasını “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” konsepsiyası təşkil edirdi. Bu fikir sonradan həm Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji təməlini, həm də Türkiyədəki islahat hərəkatının mənəvi dayaqlarından birini formalaşdırdı. Əli bəy Hüseynzadə türklüyü yalnız etnik kimlik kimi deyil, mədəni və mənəvi birlik kimi dəyərləndirirdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında öz əksini tapan mavi, qırmızı və yaşıl rənglər Əli bəy Hüseynzadənin ideoloji konsepsiyasının rəmzi ifadəsi idi. Bu üç rəng – türklüyü, müasirliyi və islam dəyərlərini simvolizə etməklə, milli kimliyin mənəvi sütunlarını təsdiqləyirdi. Bu ideya füyuzatçıların milli özünüdərk uğrunda tarixi xidmətləri ilə sıx bağlı idi və sonrakı dövrlərdə də Azərbaycan ideologiyasının əsas xəttini təşkil etdi.

Əli bəy Hüseynzadə 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın rəyasət heyətinin fəxri üzvü seçilmişdi. O dövrdə Əli bəy Türkiyədə yaşayırdı və qurultaya bu ölkədən gələn nümayəndələrdən idi. Qurultayın əsas müzakirə mövzularından biri – latın qrafikalı ortaq türk əlifbasına keçid ideyası, eləcə də türkdilli xalqlar arasında elmi və mədəni inteqrasiyanın gücləndirilməsi məhz onun illər öncə irəli sürdüyü ideyalarla səsləşirdi. Əli bəy Hüseynzadənin Avropada və Türkiyədə yayılmış əsərləri, türk xalqlarının birliyi və modernləşməsi barədə düşüncələri qurultay iştirakçılarının çoxuna ilham mənbəyi olmuşdur.

1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla ailə quran Əli bəyin üç övladı – Saida bəyim, Səlim Turan və Feyzavər dünyaya gəlmişdir. Lakin Hüseynzadə nəslinin davamı bu üç övladla bitmiş, onların heç birinin övladı olmamışdır.

Əli bəy Hüseynzadə ömrünün son illərini Türkiyədə keçirmiş, burada elmi və publisistik fəaliyyətini davam etdirmişdir. Mühacirətdə keçən ömrünün son otuz ili onun üçün həm mənəvi iztirab, həm də elmi və ideoloji yaradıcılıq dövrü olmuşdur.

Türk dünyasının məfkurə nəhəngi Əli bəy Hüseynzadə 1940-cı ildə 76 yaşında İstanbulda vəfat etmiş, Qaraca Əhməd məzarlığında, Səlimiyyə təkkəsi qarşısında, şair Hədimin məzarı yaxınlığında dəfn olunmuşdur. Onun məzarı bu gün də Türk dünyasının ideya və mənəviyyat tarixində əvəzsiz bir irsin rəmzi kimi ziyarət olunur.

Əli bəy Hüseynzadənin həyatı Türk dünyasının intellektual dirçəliş tarixində bir məktəbdir. Onun ideyaları Birinci Türkoloji Qurultayın ideya əsaslarını təşkil etmiş, elmin, dilin və milli mədəniyyətin birləşdirici gücünü göstərmişdir.

Namiq QƏDİMOĞLU,
BDU jurnalistika fakültəsinin müəllimi, fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri