Əli Kərimli və göstərişçilərinin uğursuz cəhdi | Icma.az
Icma.az bildirir, Cebheinfo portalına istinadən. Azərbaycanda qlobal əhəmiyyətli iqlim sammiti- COP29 keçirilir.
Beynəlxalq konfransa hazırlıq zamanında olduğu kimi, keçirildiyi ərəfədə də ölkəmizə qarşı çirkin kampaniya davam edir.
Dünyanın bır sıra mətbu orqanları bu kampaniyaya qoşulur, təbii ki, aldıqları sifarişi yerinə yetirmək üçün onlara yaradlan hərtəfərli şəraitdən yararlanırlar.
Dünyanın qlobal güclərinin suveren, güclü, diqtəolunan yox, diqtəedən Azərbaycanı görmək istəməməsi təbii qarşılana bilər.
Ona görə də 30 il ərzində ikili standartlarla mübarizə aparan və sonda öz ədalətini özü təmin edən dövlətimiz üçün bu, qətiyyən yenilik deyil.
Bundan sonra da bu qəbildən kampaniyalara hazırdır, çünki bu, nə ilkdir, nə də son olacaq.
Xaricdən Azərbaycana qarşı basqıların artması ilə eyni zamanda daxildən bəzi qüvvələrin dövlətin, xalqın, dövlətçiliyin yanında deyil, ölkəmizə qarşı olanların yanında yer alması da təəccüblü deyil.
Bəllidir ki, onlar üçün əsas olan dövlət, xalq marağı deyil, şəxsi maraqlardır, bu maraqları təmin edən qüvvələrin hansı mövqedə dayanmasından, hansı marağı güdməsindən asılı olmayaraq, aldıqları sifarişi can-başla yerinə yetirirlər.
Tam oxu
Xəbəri oxu