Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Eyni tempdə davam edirik” Rui Jorje

Əli Kərimli və göstərişçilərinin uğursuz cəhdi

Əli Kərimli və göstərişçilərinin uğursuz cəhdi

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycanda qlobal əhəmiyyətli iqlim sammiti- COP29 keçirilir.

Beynəlxalq konfransa hazırlıq zamanında olduğu kimi, keçirildiyi ərəfədə də ölkəmizə qarşı çirkin kampaniya davam edir. 

Dünyanın bır sıra mətbu orqanları bu kampaniyaya qoşulur, təbii ki, aldıqları sifarişi yerinə yetirmək üçün onlara yaradlan hərtəfərli şəraitdən yararlanırlar. Dünyanın qlobal güclərinin suveren, güclü, diqtəolunan yox, diqtəedən Azərbaycanı görmək istəməməsi təbii qarşılana bilər. Ona görə də 30 il ərzində ikili standartlarla mübarizə aparan və sonda öz ədalətini özü təmin edən dövlətimiz üçün bu, qətiyyən yenilik deyil. Bundan sonra da bu qəbildən kampaniyalara hazırdır, çünki bu, nə ilkdir, nə də son olacaq.

Xaricdən Azərbaycana qarşı basqıların artması ilə eyni zamanda daxildən bəzi qüvvələrin dövlətin, xalqın, dövlətçiliyin yanında deyil, ölkəmizə qarşı olanların yanında yer alması da təəccüblü deyil. Bəllidir ki, onlar üçün əsas olan dövlət, xalq marağı deyil, şəxsi maraqlardır, bu maraqları təmin edən qüvvələrin hansı mövqedə dayanmasından, hansı marağı güdməsindən asılı olmayaraq, aldıqları sifarişi can-başla yerinə yetirirlər. Xaricdən maliyyələşən bu qüvvələr bütün şərtləri yerinə yetirməyə hazır olduqlarını dəfələrlə göstəriblər. 

Azərbaycana qarşı təşkil olunan bütün kampaniyalarda Əli Kərimli yer alır.

Onun hədəfi Azərbaycanın inkişafı və güclü, qüdrətli olması yox, öz məqsədlərinə çatmaqdır. Əslində onun siyasi meydanda təklənməsinin də səbəbi budur. Doğrudan da Əli Kərimli demokratiya, insan hüquqlarını düşünən, digər demokratik təsisatlarını dərdinə qalan olsaydı, hamı onunla bir olardı. Amma Kərimlini siyasi arenada olan hər kəs yaxşı və yaxından tanıyır. Onun maraqlarının dairəsini də yaxşı bilirlər. Ona görə də Əli Kərimli bu gün siyasi meydanda təklənib. Ümidi Gültəkin Hacıbəyliyə qalıb. Gültəkin Hacıbəyli isə hətta deputat olduğu dövrlərdə belə siyasi arenanın bəlkə də mininci qatında olub, ya olmayıb.

Azərbaycanın dünya səviyyəli bir tədbirə ev sahibliyi etdiyi zamanda Əli Kərimli antidövlət hərəkətlərindən, sosial şəbəkə statuslarından əl çəkmir. Hər imkandaca dövlətə zərbə vurmağa çalışır. 

Məhz dövlətə zərbə! 

Bu gün Kərimlinin etdikləri dövlətə zərbədir. Azərbaycanla bağlı yazılan hər cümləni belə konteksdən çıxararaq sosial şəbəkə hesablarında statuslara çevirərək paylaşır, dövləti aşağılamağa çalışır. Siyasət adamı, dövlətin gələcəyini və qüdrətini düşünən siyasətçi belə olmur. Onlarla nümunə çəkə bilərik ki, dövlətə qarşı xarici basqı olanda, müxalifət və iqtidarlar arasında hansı münasibətlər yaranır, onlar həmin basqılara qarşı necə birlikdə mübarizə aparırlar. 
Əli Kərimli isə suda boğulduğundan, saman çöpünə də əl atır. Onu dəstəkləməyən xalqdan dövlətinə zərbə vurmağa cəhdlə qisas alır. 

Bu dəfə də Böyük Britaniyanın “Global Witness” insan haqları təşkilatının araşdırmaçılarınını gizli videoçəkilişini yayan BBC materialından istifadə etməyə çalışır. 

Bu materialın gizli çəkilməsini bir tərəfə qoyuruq, heç məhkəmələr belə gizli çəkilişi sübut kimi qəbul etmir. İndi belə bir gizli çəkilişin  Əli Kərimliyə hansı faydasının olacağını bəlkə heç AXCP sədri özü də bilmir. Amma harada Azərbaycan əleyhinə bir cümlə görürsə, onu sevincək paylaşmaq, onu az qala “hakimiyyətin sonu” kimi şərh etmək şakərindən özünü saxlaya bilmir. 

Əli Kərimli bəlkə də elə bilir ki, COP29 konfransı və Azərbaycan elə bu sammitlə dünyadakı iqlim problemini həll edəcək və ya etməlidir. BMT-nin, dünyanın supergüclərinin əvəzində qərar verməlidir və s. 

BMT-nin bu istiqamətdə 29-cu tədbiridir. Bu konfranslar 28 dəfə müxtəlif ölkələrdə keçirilirb. Bu ölkələrin sırasında Almaniyadan, Böyük Britaniyadan Yaponiyaya qədər bir çox ölkələr yer alır. O ölkələr neft-qaz istehlakçısı olmaqdan imtina edibmi? 

Bu, növbəti və 29-cu tədbirdir və Azərbaycanda keçirilir. Təkcə Azərbaycanın neftdən, qazdan imtina edərək, dünyada təkbaşına yaşıl enerjiyə keçməsi ilə dünyanın iqlim dəyişiklikləri problemi düzələcəkmi? Əli Kərimli bunu bilmirmi? Bilirsə, indi etdikləri, hər addımda Azərbaycan dövlətini şantaj etməsi xalqa və onun dövlətçiliyinə zərbə vurmaq cəhdidir. Bilmirsə , öyrənmək hələ də gec deyil...

Təbii ki, Azərbaycana qarşı indiki kampanya erməni təəssübkeşliyi və həmin güclərin regionda öz maraqlarının təmininə xidmət edir. Həmin güclər Ermənitanla, Gürcüstanla davrandıqları kimi Azərbaycanla davranmaq imkanı qazansalar, başlatdıqları bütün kampaniyanı dayandırıb “qılıncın o biri başını” çevirəcəklər.

O zaman nə Əli Kərimli, nə Gültəkin Hacıbəyli, nə Cəmil Həsənlinin dediklərinin, yazdıqlarının bir önəmi qalacaq. 

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:341
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Noyabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see331

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see312

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see308

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see289

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see285

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see282

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see275

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see265

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see258

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see249

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see241

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see237

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see236

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see229

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see224

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see215

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see210

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see210

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see207

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri