Əli Kərimlinin “Human Rights Watch” a ünvanladığı məktub üzə çıxdı ANALİZ | Icma.az
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan dövlətinin dünya miqyasında gücünün artması, mövqelərinin daha da möhkəmlənməsi daxili məkrli qüvvələrlə yanaşı, xarici qərəzli dairələri də ciddi narahat edir.
Bu baxımdan tərəflər eyni fəaliyyət yolu tutmaqla Azərbaycanın beynəlxalq aləmdəki müsbət imicini ləkələməyə çalışırlar.
Bəzən işbazlar sıralarına pulla ələ aldıqları mövqesiz jurnalistləri, maliyyə yardımları göstərməklə özlərindən asılı vəziyyətə saldıqları təşkilatları da cəlb edirlər.
“Human Rights Watch”, “Freedom House”, “Amnesty International” , eləcə də “Azadlıq”, “Amerikanın səsi”, “BBC” kimi qondarma təşkilatlar və KİV təmsilçiləri daim Azərbaycana qarşı qərəzli hesabatlarla çıxış edir, şər və böhtandan ibarət informasiyalar paylaşırlar.
Sözügedən üzdəniraq təşkilatların və media mənsubların əsas hədəfə aldıqları sahə guya Azərbaycanda “insan hüquqları pozulur”, “mətbuat azad deyil”, “siyasi məhbus”lar mövcuddur və bu kimi özlərindən uydurduqları məsələlərdir.
Halbuki bu kimi iddiaların hamısı yalan üzərində qurulub və heç bir fakta söykənmir.
Səthi araşdıranda məlum olur ki, bu kimi şər və böhtanların yayılmasının kökündə ermənipərəst şəbəkənin göstərişi və maraqları dayanır.
Tam oxu
Xəbəri oxu